SəRBƏst iŞ Tələbə: Günel Bayramova Fakültə: Filologiya (Azərbaycan dili və Ədəbiyyat) Qrup: Filologiya F1-20



Yüklə 132,39 Kb.
səhifə2/2
tarix02.01.2022
ölçüsü132,39 Kb.
#40509
1   2
Dilin leksik sistemi və onun xüsusiyyətləri

Leksik sistemin xüsusiyyətləri

Dilimizdəki sözlərin bır çoxu həm həqiqi, həm də məcazi mənada işlədılir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır. Məsələn: "dəmir qapı", "daş divar", "yıımşaq çörək" və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası isə onıın məcazi mənası adlanır. Məcazi məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi yolu ilə yaranır. Məsələn: "dəmir iradə", "daş ürək", "yumşaq söz" və s. söz birləşmələrindəki birinci tərəflər - "dəmir", "daş" və “yumşaq" sözləri bənzətmə yolu ilə yaranmışdır. "Təbiət gülür", "Təbiət oyanır", "Günəş gizləndi" və s.

Göründüyü kimi kalkalardan fərqli olaraq alınmalar başqa dildə olduğu kimi alınıb, mənimsəyən dilin fonetik quruluşuna uyğunlaşdırılaraq işlədilir. Deməli, tərcümə prosesində alınma o zaman dilə daxil olur ki,  dilin daxili imkanları əsasında, özünəməxsus söz yaradıcılığı üsulları ilə müəyyən anlayışın ifadəsi üçün müvafiq termin, söz yaratmaq mümkün olmur. Bu zaman başqa dildən anlayışı ifadə edən söz hazır alınıb işlədilir. Hazırda kompüter texnikasının inkişafı ilə bağlı tərcümə prosesində dilimizdə display, prosessor, monitor, interfeys, terminal, konvektor, kompilyator, drayver və s. minlərlə yeni sözlər daxil olmuşdur. Məsələn, displey- verilənləri klaviaturadan daxil etmək və onları ekranla idarə etmək üçün qurğu; interfays iki təhliledici komponentlər arasındakı əlaqə; interpretator verilənləri təhlil etmək üçün qurğudur. Son dövrlərdə proqramlaşdırma ilə bağlı tərcümə prosesində dilimizə yüzlərlə söz və terminlər daxil olmuşdur: Alqams, Alqol, Ambit, Amtron, Beysik, Bliss, Qat, Formaq, Setl, Rapira və s. Bu adlar Avropa dillərindən dilimizə keçmiş və hər birisinin öz mənası, mahiyyəti vardır. İnformasiyaların toplanılması saxlanılması, təhlil edilməsi, ötürülməsi və onların proqram təminatı ilə bağlı vasitələr yeni terminlərin yaranmasına səbəb olur. Ona görə də yeni terminlər elmlərin inkişafı ilə bağlıdır və texnikanın inkişafı dilləri zənginləşdirir.

Tərcümə ədəbiyyatında işlənən və ədəbi dilin lüğət tərkibinin leksik-semantik potensialını zənginləşdirən terminlər üc cəhətdən-elmi, tərcümə nəzəriyyəsi və bədii dil baxımından əhəmiyyətlidir. Tərcümə edilən terminlər də elmin bu və ya digər sahəsinə aid olub konkret məna, məzmun ifadə edir. Lakin terminlər üslubi cəhətdən neytral olduğuna görə istər bədii, istərsə də elmi üslubda elmi mənanı ifadə edir. Odur ki, tərcümə prosesində terminlər çox vaxt olduğu kimi saxlanılır. Lakin bədii dildə terminlərin verilməsi, işlədilməsi və onların bədii dilin digər elementləri ilə qrammatik-semantik əlaqəsi müəyyənləşir. Deməli, tərcümə prosesində terminlərin tərcümə olunub-olunmaması prinsipləri müəyyənləşdirilməlidir.

Tərcümə zamanı dillərin qarşılıqlı zənginləşməsi millətlərin mədəniyyətlərinin qarşılıqlı əlaqəsinin qanunauyğunluqlarından doğur. Məsələn, marksizm-leninizm klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsində işlədilən beynəlmiləl mahiyyətli – proqram, kapital, demokrat, kompaniya, statisitika, taktika, renta kimi terminoloji vahidlər dildə ümumişləklik qazanmışdır. Bu terminlər Azərbaycan dilinə tərcümə prosesində bilavasitə rus dilində olduğu kimi işlədilmişdir. Elmi əsərlərin tərcüməsindən fərqli olaraq bədii tərcümədə bir xalqın adət və ənənəsinə, həyat tərzinə, sosial və regional xüsusiyyətlərinə, məişətinə aid olan bir sıra sözlərin ifadə etdiyi məna başqa xalqların milli təfəkkürü üçün yad olduğuna görə onların ifadə etdiyi semantik xüsusiyyətlər ekzotik xarakterlidir. Buna görə  də tərcümə dili hesabına həmin anlayışları ifadə edən sözlər dili leksik-semantik cəhətdən zənginləşdirir və lüğətlərdə öz əksini tapır. Lakin bunlar ədəbi dil faktı olmayıb, xüsusi anlayış bildirdiyinə görə, ancaq başqa dillərdə onların motivasiya xüsusiyyətləri mövcud olmadığına görə tərcümə edilə bilmirlər. Məsələn, bədii tərcümə prosesində işlədilən viqvam (hindu), lira (ital), yunan (rin), iena (yan) və s. sözlər ekzotik leksikaya daxildir. Bunların olduğu kimi işlədilməsi milli koloriti qorumaq məqsədi daşıyır. Tərcümə əsərlərinin dilinin leksik tərkibinin müəyyən bir hissəsini ekzotik leksika təşkil edir. Buraya müəyyən bir xalqın həyat və məişət tərzinə, onlara aid əşya və hadisələrin adlarının orijinal forması saxlanılır, bununla yanaşı daxil olduğu dilin fonetik-qrammatik qayda-qanunlarına uyğunlaşır.



Beləliklə, Azərbaycan ədəbi dili lüğət tərkibinin zənginləşməsi mürəkkəb bir proses olaraq  davam edir. Çünki elmi terminologiya müxtəlif dillərin, müxtəlif təfəkkür formalarının dünya sivilizasiyasına qovuşmasıdır.


ƏDƏBİYYAT

  1. Cəfərov S. Müasir Azərbaycan dili. II hissə. Leksika

  2. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.



Yüklə 132,39 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin