aidiyyatı olduğu mətnin, şəklin və ya cədvəlin altında göstərilir. Bu zaman 1,5
intervalında məsafədə yeni abzas yaradaraq orada “Qeyd” sözü yazılır. İzahat
ondan sağ tərəfdə yerləşdirilir və tire ile ayrılır.
Mətndə cəmi bir qeyd olanda
nömrələnmə aparılmır. Çoxlu sayda qeydlər olduqda isə onlar ardıcıl
nömrələnirlər. Burada qeyd sözü yalnız bir dəfə yazılır. Məsələn: “Azərbaycanda
2015-ci ildə pul axınını öyrəndikdə iqtisadçılar bu period üçün bazar
iqtisadiyyatının prioritet sahələrini təyin ediblər”. Qeyd: 1.
Verilən qrafik
Azərbaycanın sənaye şəhərlərindəki maliyyə axınını göstərir. 2. Qrafik 1 yanvar
2015 il ilə 1 iyun 2015-cü ildəki zaman kəsiyini əhatə edir”.
Qeydləri mətndə haşiyə kimi də göstərmək mümkündür.
Belə qeydlərə
sətiraltı qeydlər deyilir. İzah edilən söz, rəqəm, mətndən
sonra haşiyə üçün işarə
qoyulur. İşarələr ərəb rəqəmləri ilə sətirin üstündə yerləşdirilir. Sətiraltı qeydləri
göstərmək üçün həmin səhifənin aşağı hissəsinin sol tərəfində uzunluğu 4–5 sm
olan xətt çəkilir. Xətt ilə mətnin sonuncu cümləsi arasındakə məsafə 4–5 sətirə
bərabər olmalıdır. Bu xəttin altında qeydlər yazılır
və hər növbəti qeyd yeni
sətirdən başlanır. Sətiraltı qeydlər mətndəki şriftin ölçüsündən kiçik olur və hər
qeydin sonunda nöqtə qoyulur.
Əlyazmanın müxtəlif hissələrində yerləşən, amma bir-biri ilə məzmunca bağlı
olan mətnləri əlaqələndirmək üçün göstəricilərdən istifadə edilir.
Burada uyğun
səhifənin nömrəsini vermək lazımdır ki, oxucunun axtarışa çox vaxtı getməsin.
Onu da qeyd etmək vacibdir ki, əlyazmada belə göstəricilərdən imkan daxilində az
istifadə etmək məsləhətdir. Ümumiyyətlə göstəricilərdən yalnız istisna hallarda
istifadə etmək məqsədəuyğundur. Çünki, mətnin oxunulmamış hissələri arasında
ora-bura keçmək oxucunun fikrini dağıda bilər.
Qeydlərin daxil edilməsi zamanı diqqət yetirilməli
məqalardan biri də
əlyazmanın bu qeydlərsiz də oxunula bilməsi və anlaşıqlı olmasıdır. Buna riayət
etmədikdə verilmiş qeyd əlyazmanın bir hissəsinə çevrilir.
Dostları ilə paylaş: