SəRBƏst iŞ TƏLƏBƏ: Şəms Əfəndi faküLTƏ: Yüksək texnologiya və innovativ mühəndislik kafedra



Yüklə 66,36 Kb.
səhifə4/4
tarix31.12.2021
ölçüsü66,36 Kb.
#49608
1   2   3   4
Şəms hüquq

Mədəni hüquq və azadlığlar.

Mədəni hüquqlar insanın mənəvi inkişafını təmin edir, hər kəsin mənəvi, sosial, mədəni və siyasi tərəqqidə faydalı iştirakına yardım edir. Mədəni hüquqlara təhsil hüququ, cəmiyyətin mədəni inkişafında azad iştirak etmək hüququ, yaradıcılıq hüququ, elmi tərəqqinin nəticələrindən istifadə etmək hüququ və onları praktikaya tətbiq etmək hüququ daxildir.

Beynəlxalq təşkilatların sənədlərində hamı üçün məcburi, pulsuz ibtidai təhsil, orta, ali təhsil, valideynlərin öz uşaqlarının dini və mənəvi inkişafını təmin etmək üçün məktəbləri azad seçmək hüququnun həyata keçirilməsi, təhsil sahəsində ayrı-seçkiliyin qadağan olunması öz əksini tapıb. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində təhsil hüququ haqqında göstərilir:

Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.

Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir.

Maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir.

Dövlət minimum təhsil standartlarını müəyyən edir.

Şəxsiyyətin hüquqi statusunun əsas cəhətlərindən biri də azad elmi, bədii, ədəbi və s. yaradıcılıq növlərilə bağlı mədəni həyatda hər kəsin sərbəst iştirak etmək hüququdur.

Hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququ vardır.

Hər kəs tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini qorumalıdır.

Ədəbiyyat siyahısı

1. AR Konstitusiyası. B.2009

2. Mülki hüquq Dərslik. S.Allahverdiyev. B.2011

3. AR Mülki Məcəlləsi.B.2009

4. AR Mülki prosesual məcəlləsi.B.2009

5. AR Əmək məcəlləsi.B.2007

6. AR Əmək məcəlləsinin kommentariyası. B.2007

7. Əmək hüququ Dərslik.A.Qasımov.B.2007




Yüklə 66,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin