Nitqin dəqiqliyi: Antiq ritorikada dəqiqlik nitqin ilk və əsas şərti sayılır. Nitq aydın deyilsə, danışan öz məqsədinə çatmayacaq. Fikrin aydın izahı və aydın dəqiq düşünməyin, danışmağın və yazmağın əsas şərtidir. Bununla əlaqədar “kim yaxşı fikirləşirsə, o, aydın izah edə bilər” aforizimi yaranmışdır. Belinski yazır: Söz fikri əks etdirir: fikir anlaşılmazdırsa, söz də dərkedilməzdir. N.Q.Çernışevski deyir: Nəyi aydın təsəvvür etmirsənsə, onu aydın deyə bilməzsən
Nitqin dəqiqliyi nitq – gerçəklik və nitq – təvəkkür menasibəti əsasında müəyyən edilir.
Nitqin dəqiqliyi üçün ölçü danışanın və yazanın fikirlərinə uyğunluqdu, anlamanın məzmunu, deyilmiş fikrin adekvat ifadəsi üçün dil vasitələrinin düzgün seçilməsidir. Nitq üçün bir əşyavi dəqiqlik kifayət deyildir. Onun bütün yaranmalarında dəqiqlik lazımdır.
Bədii nitqin dəqiqliyi üç şərtlə bağlıdır: 1) Sözün predmetə aktivliyi 2) sözün predmetin ideya-estetik qiymətinə uyğunluğu 3) sözün ədibin konkret üslubu, təsviri ilə reallaşması.
Dostları ilə paylaş: |