Elmi bədii üslub. Elmi istehsalatla əlaqədar, inkişafı, elmi texniki tərəqqinin nailiyyətləri bədii yaradıcılıq sahəsinə, bədii ədəbiyyata təsirsiz qalmamışdır. Bədii üslubda müxtəlif elmi terminlər işlədilir. XIX əsrdə M.F.Axundov əsərlərində xeyli ictimai-siyasi terminlərdən istifadə etmişdir: aktyor, qubernator, dram, konstitusiya, knyaz, general, liberal, imperator, parlament, prezident, fanatik, fanatizm, filosof və.s. Elmi bədii üslubda xas olan xüsusiyyətlər elmi-bədii üslubda yazılmış əsərlərdə öz əksini tapır. Bir sözlə, bu üsluba S.İmanovun “Səma cisimləri” kitabı, “Əyləncəli riyaziyyat” və.s əsərlər nümunə ola bilər.
Bədii üslubda elmi terminlərin işlədilməsi emosionallıq və obrazlılıq yox, konkretlik və dəqiqlik yaratmağa xidmət edir. Bədii üsluba məxsus obrazlılıq vasitələri bu mənaları oxucuya çatdırmaq vasitəsinə çevrilir. Elmi üslubda morfoloji və sintaktik vahidlər konkretlik, ardıcıllıq, məntiqlilik və.s məzmunun ifadəsinə xidmət edir. Bədii üsluba məxsus əlamətlər elmi üslubda da özünü göstərir. Elmi üslubda bədii üsluba məxsus ekspressivlik və emosionallıq elementləri insanın idrak fəaliyyətində yaranan hissləri ifadə edir. Emosional məzmun məntiqi məzmun kimi anlayışın sözdə reallaşma vasitəsidir, emosiyaları (həyacan, qorxu, qəzəb və.s) ifadə edir. İsimlərin coxmənalılığı elmi üslubda emosionallıq bildirir.
Ana dili dərsliklərini elmi-bədii üsluba aid etmək olar. Belə dərsliklər müxtəlif üslubların sintezidir. Burada həm bədii üslub (şeir, hekayə), həm elmi üslub (tarixə, coğrafiyaya aid yazılar), həm də başqa üslublara aid nümunələrə rast gəlinir. Dərsliklərdə hər şey aydın, sadə dillə verilir. Dilin aydınlığı epizodik xasiyyət daşımır, mürəkkəb ünsürlərlə fasilələnmir, sadəlik sistemə çevrilir. Dilin sadəliyi, aydınlığı, təmizliyi, əsas lüğət fondunda maksimum yaxınlıq cümlələrin yığcamlığı bu dərsliklərin və uşaq jurnallarının başlıca norma sistemidir.
Dostları ilə paylaş: |