SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə24/31
tarix02.01.2022
ölçüsü291,5 Kb.
#35913
1   ...   20   21   22   23   24   25   26   27   ...   31
M.Yaşar 602

Zahiri və daxili nitq: Nitqin zahiri və daxili təzahür formaları var. Zahiri nitq danışıq səsləri ilə ifadə olunan nitqdir. Bu nitq qrammatik qəliblərə, ədəbi dil normalarına salınmış nitqdir. Bu, başqaları ilə ünsiyyətə yönəldilmiş, eşidilən, görünən və tələffüz edilən nitqdir. Zahiri nitq üçün aydınlıq, məntiqlilik, ardıcıllıq, səlislik, təsirlilik, ahəngdarlıq və.s. əsas şərtlərdir. Zahiri nitq insandan öz fikirini mükəmməl ifadə etmək bacarığı tələb edir.

Daxili nitq insanın öz-özünə danışması prosesidir. Daxili nitqdə təfəkkür fəaliyyətdədir, müəyyən məqsəd, niyyət əmələ gətirmək üçün hərəkətdədir. Bu, tələffüz olunmayan səssiz nitqdir. Daxili nitq, heç şübhəsiz, zahiri nitqin əsasında yaranır, onun daxilə köçürülməsidir. Insan daxilən öz fikirlərini götür-qoy etdikdən, müəyyən bir qənaətə gəldikdən sonra daxili nitqini zahiri nitqə çevirə bilir.

Psixoloqlar və dilçilər daxili nitq haqqında müəyyən fikir söyləmişlər. Məsələn, Jan Piaje daxili nitqi “eqosentrik nitq”, insanın öz-özünə nitqi, P.Q.Qalperin “əqli fəaliyyət”, Samarin “nitqsiz nitq” adlandırmışlar. Buna intellektual nitq də deyilir.

Daxili nitq insan çətinliklə üzləşəndə yaranır. Fərd daxili nitqin köməyi ilə çətin vəziyyətdən çıxmağın yollarını axtarır, müşkül vəziyyətləri aydınlaşdırır.

1. Daxili nitqin formalaşması ictimai insanın sosial münasibəti və əlaqəsinin, daxili ünsürünün müstəsna izahıdır. 2. Daxili nitqin məzmun cəhəti hazır fikrin ifadəsinə xidmət etmir. Fikir nitqin yenidən qurulmasını və formasını dəyişməyə yönəldilir. Fikir özünə yönəldilmiş nitqdir. Fikir ifadə edilmir, lakin sözlə tamamlanır. 3. Daxili nitq özü üçün nitqdir. Zahiri nitq fikrin formalaşmasıdır, daxili nitq özündə işlədilmənin nitqidir, daxili dialoq formasıdır 4. Daxili nitqin əsas xüsusiyyətləri bunlardır: a) xüsusi sintaksis, ixtisar, gərginlik, yığılma. Bu, son dərəcə predaktiv, daha düzü xəbərlə birləşən mübtədadır, mübtəda aradan götürülür, lakin nəzərdə tutulur. b) nitqin zəifləmiş fonetik tərəfidir. Daxili nitq dəqiq desək, sözsüzdür. Daxili nitqdə söz nəzərdə tutulur. Burada nə söz, nə də səs heç yerdə aktual formada mövcud olmur. c) daxili nitqdə sözün mənası onun mənasından üstün olur. Əgər sözün mənası onun abstrakt məzmununun eynidirsə, onda sözün mənası təkraredilməzdir, o ancaq mətndə mövcuddur.

Zahiri və daxili nitq psixofizioloji hadisə olsa da, bir-birindən fərqlənir. 1. Daxili nitq tələffüz edilməyən səssiz nitqdir, zahiri nitq isə səsli nitqdir. 2. Zahiri nitq şifahi və yazılı, daxili nitq ancaq şifahi formadadır. 3. Zahiri nitq geniş, daxili nitq məhduddur. 4. Zahiri nitqə xəbərdarlıq, predikativlik, daxili nitqə sürətlilik, subyektivlik, yığcamlıq, situativlik xarakterikdir. 5. Daxili nitq zahiri nitqin qalığı kimi səslənir. Daxili nitqi zahiri nitqdən ayırsaq, daxili nitqdən zahiri nitqə keçmək mümkün olmayacaq. Daxili nitq zahiri nitqin qalığıdır. 6. Zahiri bütov sintaktik konstruksiyalıdır, daxili nitq qrammatik konstruksiyalı, elliptik səciyyəlidir, buna cümlə üzvləri yerli yerində işlənmir, onların çoxu düşür. Əşyanın adı çəkilmədən daha çox nitq predikativliyi haqqında məlumat verir.



Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin