Nitqin təmizliyi: Əxlaq normalarından kənara çıxmayan, yararsız yad ünsürlərdən uzaq olan və milli ədəbi dilin qayda və qanunlarına uyğun gələn nitq təmiz adlanır. Dilin, nitqin təmizliyinin pozulmasının müəyyən səbəbləri var. Bunun birincisi dialektizimlərdir. İkincisi, nitqdə varvarizim, vulqarizim və jarqonizm özünü göstərir.
L.Tolstoy hələ gənclik illərində rus nitqində əcnəbi sözlərin işlədilməsinin əleyhinə olmuş, buna münasibəti mənfi idi. Onun bununla əlaqədar dediyi sözləri yada salmaq yerinə düşər: “Hər halda ana dili həmişə doğma olaraq qalır. Nə vaxt ürəkdən danışmaq istəyəndə heç bir fransız sözü yada düşmür. Əgər təsir bağışlamaq istəyirsənsə, bu, başqa məsələdir”.
Ədəbi dilə yad olan və işlədilməsi məqbul sayılmayan dil vahidlərinin nitqdə özünə yer tapması dilin təmizliyinə xələl gətirir. Məhəlli elementlərdən, loru sözlərdən, jarqon leksikasından, yersiz əcnəbi sözlərin işlədilməsindən və ümumiyyətlə, hər cür tüfeyili söz və ifadələrdən uzaq olan nitq təmiz sayılır. Başqa sözlə, nitqdə işlədilən sözlər dinləyicilərə aydın, onların ümumi səviyyəsinə uyğun olan nitq təmizdir.
Dostları ilə paylaş: |