SəRBƏst iŞ Tələbə


Yazılı nitqin xüsusiyyətləri bunlardır



Yüklə 291,5 Kb.
səhifə21/31
tarix02.01.2022
ölçüsü291,5 Kb.
#35913
1   ...   17   18   19   20   21   22   23   24   ...   31
M.Yaşar 602

Yazılı nitqin xüsusiyyətləri bunlardır: 1) Bu nitq yazılır və oxunur 2) yazılı nitqdə elmi, texniki, siyasi və başqa terminlər çox işlədilir 3) yazılı nitq ədəbi dilin əsasında formalaşıb inkişaf edir 4) yazılı nitqdə intonasiya, fasilə, vurğu və.s şifahi nitq ünsürlərini əks etdirən durğu işarələrindən istifadə edilir. 5) yazılı nitqdə mimika və jestlər əsas rol oynamır 6) Yazılı nitq hər hansı məlumatın, fikirlərin nəsildən-nəslə keçməsində əsas rol oynayır.

Monoloji və Dialoji nitq: Monoloji nitq son dərəcə fəal, sərbəst və mütəşəkkil nitq növüdür. Monoloji nitq özünü iki formada göstərir: şifahi və yazılı. Monoloji nitqin yazılı forması həcminə görə geniş, şifahi monoloji nitq isə qısa, yığcam və konkret olur. Monoloq (latınca mono-bir, loqos-nitq) hər bir şəxsin nitqi, dialoq (yunanca dia-iki, loqos-nitq) iki və daha artıq şəxs arasında olan söhbət deməkdir.

Monoloq danışanın öz-özünə müraciətlə söylədiyi nitqdir. Monoloji nitq hər hansı müəyyən bir ideya, fikir, məsələ, məlumat, informasiya, xatirə və.s-nin bir nəfərin ardıcıl, rabitəli, geniş və ya qısa nitqi kimi özünü göstərməsidir. Bu nitqdə fasilə, sürət, ahəng, ton xüsusi rol oynayır. Buraya mühazirə, məruzə, məlumat, çıxış, məktub, məqalə və.s daxildir. Monoloji nitq müxtəlif məqsədli və məzmunludur: öyrətmə, inandırma, məlumat vermə, müxtəlif təbiət və cəmiyyət hadisələri haqqında daxili fikir, hiss və həyacanları ifadəetmə, məzmunluluq və.s

Hər adam monoloji nitqə qabil deyildir, adamların çoxu rabitəli danışmağı bacarmır. Monoloji nitq danışandan yüksək nitq mədəniyyəti tələb edir. Cox az adam monoloji nitqə qabildir, adamların çoxu rabitəli danışmağı bacarmır. Bütün bunları hər gün müşahidə etmək olar, lakin bu hal çox vaxt insan şüuruna çatmır.

Dram strukturunda monoloji nitqin üç növü var: texniki, dramatik və lirik. Məişət danışığında monoloji nitqin dörd növü var: inandırma, lirik, dramatik və məlumat. Monoloji nitqin azərbaycan dilində aşağıdakı növləri var. 1) nəqletmə monoloqu, 2) təsviri monoloq, 3) məlumatverici monoloq 4) daxili monoloq 5) lirik monoloq 6) dramatik monoloq 7) inandırma monoloqu 8) təbliği monoloq

Monoloji nitqdə , əvvəla, danışan şəxsin özü, ikincisi, onun daxili aləmi əks olunur. Monoloji nitq üçün səciyyəvi olan aşağıdakı nümunələri göstərmək olar. N.B.Vəzirovun “Yaxışdan çıxdıq, yağmura düşdük” komediyasında Cavahir xanımın monoloqu bu cəhətdən xarakterikdir. Cavahir xanım: - Pərvərdigara! Sən özün rəhm elə, yamanca yerdə axşamladıq, qıribə, olmayan xətaya düşdük. Yazıq anam baş götürüb evdən qaçıb, bilməyir nə tövr bədbəxt atama kömək eləsin. Allah evini başına uçurtsun Hacı Salmanın, fəqir kişini yamanca işə saldı. Əgər biçarənin naxoşluğu şiddət eləsə, ona əlac olmasa, belə müsibətə dözmək olmaz, mən gərək özümü diri-diri quyuya salam. Fəqir atam, yazıq atam, günü qara anam, bədbəxt köməksiz anam.


Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin