SəRBƏst iŞ Tələbə


Leksikologiya və Nitq Mədəniyyəti



Yüklə 291,5 Kb.
səhifə2/31
tarix02.01.2022
ölçüsü291,5 Kb.
#35913
1   2   3   4   5   6   7   8   9   ...   31
M.Yaşar 602

Leksikologiya və Nitq Mədəniyyəti

Biz bilirik ki, dil nitqin bazası, nitq isə dilin ifadə formasıdır. Dil nitqi formalaşdırma vasitəsidir, nitq isə sözlərdən istifadə etməklə onları nəsildən nəslə ötürməklə yaşadır. Dil nitqə çevrilməklə fəaliyyət göstərir. Nitq dil bazasında yarandığı üçün nitq mədəniyyəti də dil normaları əsasında formalaşıb şifahi və yazılı şəkildə meydana çıxır. Nitq mədəniyyətinin də, leksikologiyanın da əsas obyekti sözdür, nitq mədəniyyətində əsas şərt sözlərin ədəbi dil normaları daxilində seçilib işlədilməsi, cümlədə sözlərin sırasının üsluba uyğun olaraq müəyyən yerdəyişmə edilməsidir. Lakin onların məqsəd və vəzifələri fərqlidir. Leksikologiya dilin lüğət tərkibini öyrənirsə, nitq mədəniyyəti sözlərin nitqdə ədəbi dil normalarına uyğunluğunu, cümlədə sözlərin əlaqəsi və sıralanması məsələlərini araşdırır. Dil normalarını tənzimləyib ümumiləşdirən dilçiliyin bir bölməsi olan nitq mədəniyyəti fonetik qanun və vasitələrə əsaslanaraq fonetik hadisələrdən qaçmaqla fikrin ekspressivliyini artırmağa xidmət edən frazeologiya və polisemiyaya, çoxmənalığı yaradan obrazlı ifadələrə üstünlük verir. Dilin leksik tərkibinə dərindən bələd olan, zəngin söz ehtiyatına malik olan, sözlərin işlədilmə məqamlarını, emosional – ekspressiv çalarlarını fərqləndirən şəxs onlardan məqamında lazımınca istifadə edə bilir. Sözlərin nominativ və məcazi mənalarından yararlanan adamın nitqi mədəni və məntiqi olur. Ədəbi dilin leksik normalarından kənara çıxıb loru, vulqar sözlərə, jarqonlara, dialektizmlərə yer verən adamın nitqi isə dinləyicilərin marağının azalmasına gətirib çıxarır. Qrammatik normaları, morfoloji əlaqələri, sintaktik strukturları, müxtəlif dil xüsusiyyətlərini nitqdə yerli-yerində, bacarıqla işlətmək sayəsində şəxsin düzgün, məntiqi, səlis danışığı başqalarında xoş ovqat yaradır, mənəvi istirahətə, müsbət əhval-ruhiyyəyə səbəb olur. Deməli, əsas obyekti söz olan leksikologiyanın nitq mədəniyyəti ilə əlaqəsi qaçılmazdır. Məqsəd və vəzifələri müxtəlif olan leksikologiya ilə nitq mədəniyyətini yaxınlaşdıran cəhət onların hər ikisinin obyektinin söz və ifadələrin olmasıdır. Lakin nitq mədəniyyətini maraqlandıran əsas şərt sözlərin ədəbi dil normalarına uyğun seçilib işlədilməsidir.




Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin