SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə5/31
tarix02.01.2022
ölçüsü291,5 Kb.
#35913
1   2   3   4   5   6   7   8   9   ...   31
M.Yaşar 602

Estetika mənşəcə yunan dilindən alınmış sözdür, mənası hiss edilən, həssas deməkdir, gözəllik, bədiilik anlamındadır. Estetika incəsənət haqqında, bədii yaradıcılıqda, təbiətdə və həyatda gözəl formalar haqqında fəlsəfi nəzəriyyə olub gözəlliyə, bədiiliyə, incəliyə pərəstişkarlıq, məftunluq mənalarını ehtiva edir. Hazırda bu söz daha çox zövq, gözəllik aləmi, səliqəlilik anlamında işlədilir. İnsanın estetik tərbiyəsi onun xarici formasından tutmuş daxili aləminə qədər hər şeyin yaxşı cəhətdən ölçülü-biçili olmasını təbliğ edir. Nitq mədəniyyətində estetika dilin gözəlliyini dinləyici və oxuculara yüksək bədii formada çatdırmağı nəzərdə tutur. Antik dövrün məşhur Roma natiqi Mark Tulli Siserona görə “İctimai-siyasi yerlərdə nitq söyləyən, dinləyicilərə yeni bilik öyrətmək istəyən şəxs əsl natiqdir. Öyrətmək natiqin borcudur, estetik ləzzət verməyi bacarmaq ona böyük şöhrət gətirir, güclü təsir göstərmək isə olduqca zəruridir” (Ob oratorskom iskusstve, M., 1958, səh. 35.)

İnsandakı zahiri, təbii gözəllik və mənəvi, intellektual-əxlaqi gözəllik nitq gözəlliyi ilə vəhdətdə olanda ahəngdarlıq yaranır. Gözəl əxlaqi keyfiyyətlər mədəni, gözəl, cəlbedici nitqlə uyarlıq təşkil edəndə insanda gözəllik hissi, estetik duyğular güclənir. Estetik mədəniyyət gözəllik qanunlarına əsaslanır. Nitq mədəniyyətinin gözəlliyi isə əsasən fitri olmur. O, həyatda, zəhmətdə, təcrübədə püxtələşir, təkmilləşir. Gözəl nitq o nitqdir ki, o, məzmun və forma gözəlliyi cəhətdən vəhdət təşkil edir.



İncəsənət bədii yaradıcılıq sahələrindən biri olub obyektiv varlığın bədii surətlərdə yaradıcı şəkildə əks etdirilməsi, bədii yaradıcılıq fəaliyyəti, gözəl, nəfis sənətlər anlamındadır. Natiqlik və incəsənət ümumxalq mədəniyyətinin tərkib hissələridir. Həm natiqlik, həm də incəsənət estetik ləzzət mənbəyidir. İncəsənət növləri tamaşaçıya, dinləyiciyə, oxucuya mənəvi qida verir, gözəllik aləmini nümayiş etdirir, zövqləri oxşayır. Gözəl nitq də musiqi, rəsm əsərləri, şeir kimi dinləyicilərin qəlbini fəth edir, onları düşündürür, həyəcanlandırır. Natiqlik və incəsənət növləri dərin ağlın, istedadın bəhrəsidir, xüsusi yaradıcı- 87 lıq sahələridir, xalqın bədii təfəkkürü ilə, həyat və məişət tərzi, ictimai-siyasi quruluşla bağlıdır (Kamil Əliyev. Natiqlik sənəti. Azərnəşr, Bakı, 1994, səh. 8). Deməli, incəsənət gerçəkliyin, obyektiv varlığın insan şüurunda bədii obrazlar şəklində əks olunma formasıdır. Özünü incəsənətdə əks etdirən nitq mədəniyyəti insanın bədii inkişaf səviyyəsini, onun fəaliyyətinin keyfiyyət dərəcəsinin göstəricisidir. Bədii obraz, tipiklik, bədii metod və ustalıq incəsənətlə bağlıdır, nitq mədəniyyəti də gözəlliyə, ülviliyə, estetik ölçüyə meyllidir, onlar insanların gözəlliyi dərk etməsinə yardımçı olur. İncəsənət gerçəkliyin insan şüurunda bədii obrazlar şəklində təzahür forması kimi bədii yaradıcılıqda məzmun və forma vəhdətini əsas götürür. İncəsənətdə məzmun və forma vəhdəti eyni dərəcədə nitq mədəniyyətinə də aiddir. Məzmun və formanın uyğunluğu yaradıcılıq prosesində və onun nəticəsi kimi hər hansı bir nitqdə - mühazirə, məruzə və ya çıxışda gözlənilməlidir. Forma və məzmun arasında yüksək ifadəlilik, düzgünlük və dəqiqlik olanda fikir dinləyiciyə tez, asan və deyənin istədiyi kimi təsirli çatır.


Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin