SəRBƏst iŞ Tələbə


Heydər Əliyevin nitqində girişlər və sonluqlar



Yüklə 291,5 Kb.
səhifə8/31
tarix02.01.2022
ölçüsü291,5 Kb.
#35913
1   ...   4   5   6   7   8   9   10   11   ...   31
M.Yaşar 602

Heydər Əliyevin nitqində girişlər və sonluqlar: Nitqin auditoriyaya təsir göstərən mühüm elementlərindən biri – onun giriş və sonluğudur ki, bu elementlər Heydər Əliyevin nitq və çıxışlarında öyrənilməyə layiqdir. Bənzərsiz giriş və sonluqlar böyük natiqin nitqində əsas struktur vahidlərindəndir.

Heydər Əliyev rəsmi görüşlərdə çıxışına daha çox “Xanımlar və cənablar” ifadəsi ilə başlayırsa, Azərbaycan ədəbiyyatına, mədəniyyətinə, musiqisinə həsr olunmuş tədbirlərindəki nitqində bu ifadələr dəyişir. Respublika sarayında məşhur müğənni və bəstəkar Müslüm Maqomayevin yubiley gecəsindəki giriş sözü araşdırılmağa layiqdir. Bu poetik çalarla dolu nitq mədəniyyət xəzinəmizə düşə biləcək incilərdəndir. “Hörmətli dostlar, xanımlar və cənablar! Biz bu gün Azərbaycanın zəngin mədəniyyətinin ən gözəl nümunələrindən, ən gözəl şaxələrindən biri olan Müslüm Maqomayevin yaradıcılığı ilə, onun mahnıları, əsərləri ilə yenidən görüşdük. Bu xalqımızın, ölkəmizin həyatında əlamətdar hadisədir. Ona görə də bu gün hamımız böyük sevgi və məhəbbətlə bu möhtəşəm salona toplaşmışıq. Bu salonda olanların hamısı böyük məhəbbət və ehtirasla Müslüm Maqomayevin mahnılarını dinləyir, onun səsini dinləyirlər

Böyük natiq bu girişdə “Hörmətli dostlar”ı xanımlar və cənablardan önə keçirməklə auditoriyada dostların çoxluğuna işarə edir ki, bu, bir daha dövlət başçısı kimi Heydər Əliyevin mədəniyyətimizə olan sevgisinin təzahürüdür. Dost sözünə qiymət qoyan dinləyicilər ilk cümlədən böyük natiqin nitqinin cazibəsinə düşürlər. Sonra ən təsirli, səmimi ifadələrlə Müslüm Maqomayevin Azərbaycan musiqi sənətində tutduğu yer auditoriyaya çatdırılır. Son iki cümlə isə təfəkkür nitq əlaqəsi, bu əlaqələrdəki fəlsəfilik baxımından xüsusi maraq doğurur. Belə ki, bu möhtəşəm salona toplaşmaq “böyük sevgi və məhəbbətlə müşayiət olunursa, Maqomayevin mahnılarını dinləmək isə “böyük məhəbbət və ehtirasla” əvəzlənir. Eləcə də mahnını dinləməklə səsi dinləməyin fərqli olduğunu, mahnı və səsin dialektik vəhdətini ortaya qoyaraq auditoriyanı canlandırır.

Hər belə jubileydə, hər belə məqamda ümumazərbaycan problemlərini qabartmaqla sonluqlarda auditoriyanı ümummilli məsələlərdə səfərbər edir, bir öndər olaraq məsuliyyətini dilə gətirməklə bizləri də məsuliyyətə səsləyir: “Hesab edirəm ki, bizim simfonik orkestr və simfonik orkestrin musiqiçiləri ən fədakar insanlardır. Bütün çətinliklərə baxmayaraq, onlar öz peşələrindən, öz sənətlərindən ayrılmırlar. Bizim simfonik orkestr yaşayır və yaşayacaqdır. Mən demişəm və bu gün də təntənəli surətdə vəd edirəm – bizim simfonik orkestrə ən əlverişli şərait yaratmaq üçün tədbirlər görəcəyik ki, o, fəaliyyət göstərsin. Bir daha təbrik edirəm”.

Bir qisim çıxış və nitqlərin giriş və sonluqlarında emosionallığa yer ayrılmasa da məna tutumuna, qoyulan məsələnin ciddiliyinə görə nitq yenə də cazibədarlığını itirmir. Belə ciddi grişlər və sonluqlar milləti, xalqı səfərbər etmək baxımından daha da güclü sayılır. “Bİz Bakı beynəlxalq hava limanı kompleksinin tikintisinə 1981-ci ildə başlamışıq. O vaxt lazımı layihələr hazırlanmışdı. Mən 1982-ci ildə bu layihələrə bir neçə dəfə baxmışam. Ancaq indi 1997-ci ildir. O vaxtdan 15 il keçir və Bakı beynəlxalq hava limanı beləcə tikilməmiş qalıbdır. Görünür, 15 il bundan əvvəl başladığım işi başa çatdırmalıyam. Ona görə də mən bu işə çox ciddi və diqqətlə yanaşıram. Çünki bu tikinti dövlətə məxsusdur. Ötən 15 ildə bu işə laqeyid yanaşıblar, yaxud ona ciddi fikir verməyiblər. Amma bundan sonra belə hala yol vermək olmaz”

“Görünür” modal sözü, “amma” bağlayıcısı qətiyyətliliyi gücləndirərək “başladığım işi axıra çatdırmalıyam”, “belə hala yol vermək olmaz” kimi ifadələri ilə natiq bu məsələyə ciddi fikir verdiyini auditoriyada aidiyyatı olan şəxslərə anladır.

Məişət üslublu nitqlərində Heydər Əliyevin cəsarəti, qorxmazlığı, xalqına olan sədaqəti, özü demiş “xalqın yolunda özünü qurban verməyi” kimi cizgiləri açıqlanır.


Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin