Nitin yiğcamlığı: Yığcam nitq danışandan dərin bilik həssas düşüncə zəngin lüğət ehtiyatı tələb edir. Yiğcamlıq məzmunu dolğun əhatə edən adekvat formadır. Burada fikir geniş sözlər az məna dərin olmalıdır. Nitqdə yığcamlıq sözçülüyün əksidir. Nitqdə sözçülük aşağıdakı hallarda yaranır: 1) eyni mənalı söz və ifadələrdən təşkil olunmuş tərkiblər işlədildikdə 2) danışan çeynənmış vahidləri mexaniki tərzdə işlətdikdə. 3) tufeyli söz və ifadələr işlədildikdə 4) müxtəlif şəkildə formalaşmış eyni və yaxın fikirləri bildirən cümlələr ardıcıl düzüldükdə
Yığcam danışa bilmək insanda çox vacib keyfiyyətlərdəndir. Hər kəs özünün və başqasının danışığına bu cəhətdən tənqidi münasibət bəsləməli, imkan daxilində yığcam, həm də məntiqi danışmağı bacarmalıdır. R.Rza Müşviqlə bağlı xatirəsində göstərir ki, Müşviq bir dəfə şairlərdən birinin çox quru və ilhamsız yazılmış uzun bir şeirini əzbərdən oxudu. Biz təəccüblə soruşduq: bu cəfəngiyyatı niyə əzbərləmisən? O belə cavab verir. Əzbərləmişəm ki, buna oxşar şeir yazmayım.
İngilislər və amerkanlar öz danışıq və yazılarında yığcamlığa ciddi fikir verirlər. Onlar artıq şeyləri oxumurlar.
Dostları ilə paylaş: |