Nitqin düzgünlüyü: Nitqin bu keyfiyyətindən bəhs olunarkən göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir. Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Düzgün nitq həmişə ədəbi dil normaları çərçivəsində fəaliyyət göstərir. Düzgün nitq qarşılıqlı anlamanın açarıdır. Nitqin düzgünlüyü nitq – dil əlaqəsi əsasında anlaşılır. Onun komponentlərinə təkrarlanma, yerləşdirilmə, birləşdirilmə və ya dəyişdirilmə daxildir
Düzgünlük cəhətdən nitq iki formadadır: düzgün nitq və qeyri-düzgün nitq. Düzgün nitq gerçəklik haqqında məlumatın daha düzgün formasıdır. Düzgün olmayan nitq mətni anlamaq işini çətinləşdirə və ya strukturda ciddi pozulma yarada bilər, onun kerçəklik haqqında verdiyi məlumat dəqiq olmayacaq. Yanlışlıq qeyri-dəqiqlik törədir.
Dostları ilə paylaş: |