SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə29/31
tarix02.01.2022
ölçüsü291,5 Kb.
#35913
1   ...   23   24   25   26   27   28   29   30   31
M.Yaşar 602

Ədəbi danışıq üslubu. Ədəbi danışıq üslubunun tərkibinə məruzə, mühazirə, çıxış, müsahibə, söhbət daxildir. Bunlar həm məzmun və forma, həm də üslub çalarına görə bir-birindən fərqlənir. Bu üslubu rəsmi ədəbi danışıq üslubu və qeyri rəsmi ədəbi danışıq üslubu kimi mikroüsluba bölmək olar. Rəsmi ədəbi danışıq üslubunun tərkibində bir neçə üslub variantı var: mühazirə üslubu, məruzə üslubu, çıxış üslubu, televiziya üslubu, radio üslubu. Qeyri rəsmi danışıq üslubuna ailə-məişət danışıq üslubu və ictimai-kütləvi danışıq üslubu daxildir.

Danışıq üslubu ailə-məişət, yəni qeyri-rəsmi ünsiyyət sahəsində dialoqun şifahi formasından istifadə edir. Danışıq nitqi kitab nitqindən fərqli olaraq əvvəlcədən hazırlanmır. O danışıq prosesində öz-özünə əmələ gəlir. Ona görə də onda tez-tez təkrar, fasilə, ədəbi dil normasından kənara çıxma olur.

Danışıq üslubu dilin əsas funksiyasını – ünsiyyət funksiyasını yerinə yetirir. Danışıq nitqində məqsəd məlumat vermək, həm də təsir göstərməkdir. Bu iki istiqamətlilik danışıq nitqinə yeni keyfiyyətlər verir. 1. ekspressivlik və emosionallıq 2. əyanilik və obrazlılıq 3. sinonim zənginlik 4. təsvir vasitələrindən istifadə

Danışıq – məişət leksikası və ekspressiv məna çalarına görə müxtəlifdir: 1. familyar sözlər. (dadaş, bacıoğlu, əmioğlu, əmidostu, xalaoğlu və.s) 2. ekspressiv – qiymətverici söz və ifadələr (sısqa, düdəmə, boşboğaz, key, qanmaz, tülkü və.s) 3. vulqar, kobud səciyyəli söz və ifadələr (xoruzlanmaq, anqırmaq, qırıldamaq, böyürmək, dürtülmək və.s) 4. loru söz və ifadələr (ötürmək, əkilmək, hürkmək, sürünmək, qaşqabaq tökmək).

Bu üslubda söhbətin gedişi və tətbiq olunma yeri müxtəlifdir. a) ailə söhbəti b) intim söhbət v) dost-tanış arasındakı söhbət q) kollektiv arasındakı söhbət və.s.


Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin