SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə28/31
tarix02.01.2022
ölçüsü291,5 Kb.
#35913
1   ...   23   24   25   26   27   28   29   30   31
M.Yaşar 602

Danışıq üslubu. Bu üslubda danışan öz fikrini ifadə etmək üçün yalnız söz, ifadə və cümlələrdən deyil, həm də köməkçi vasitələrdən mimika, əl-qol hərəkəti, intonasiya, fasilə və.s-dən istifadə edir. Burada xalq danışıq dilinin ünsürləri, leksik-qrammatik xüsusiyyətləri, ifadə tərzi üstünlük təşkil edir. Danışıq üslubu sadə, anlaşıqlı olmalıdır. Bu üslub ədəbi dilimizə XX əsrin əvvəllərində daxil olmuşdur. Buna C.Məmmədquluzadənin və Ə.Haqverdiyevin hekayələri, M.Ə.Sabirin satirik şeirləri nümunə ola bilər. C.Məmmədquluzadənin “Poçt qutusu” hekayəsi canlı danışıq üslubunun ən yaxşı nümunəsidir. Hekayədən nümunə üçün bir parçaya diqqət yetirək:

Xan üzünü tutdu qonağa:



    • Novruzəli, poçtxananı tanıyırsan?

Novruzəli cavab verdi:

    • Ay xan, mən kətdi adamam, mən nə bilirəm poçtxana nədi?

    • Cox əcəb nəçərnik divanxanasını ki, tanıyırsan?

    • Bəli, xan, başına dönüm, tanıyıram, niyə tanımıram. Keçən həftə mən elə gəlmişdim nəcərniyin yanına şikayətə. Xan, and olsun sənin başına, bizi katda cox incidir. Əslinə baxsan bizim bu katdamız özgə tayfadandı. Odu ki, bizi görməyə gözü yoxdur. Keçən həftə mənim iki buzovum itimişdi getdim

Kitab üslubu. Bu üsluba kütləvi üslub da deyilir. Kitab üslubunda yazılmış əsərlər ədəbiyyat, elm, texnika, mədəniyyət, siyasət, ticarət, təsərrüfat və.s sahələri əhatə edir. Burada müəlliflə oxucu arasında əlaqə birbaşa yox, dolayı, kitabla yaranır. Ona görə də bu üslubda yazılmış əsərlərdə fikrin yığcam, dəqiq və düzgün ifadə olunması əsas şərtdir.

Rəsmi ünsiyyət şəraitində kitab üslubu yazılı nitqdə monoloq şəklində istifadə edilir. Kitab nitqi əvvəlcədən düşünülmüş nitqdir, ədəbi dilin normasına uyğunlaşdırılır. Ona görə də kitab üslubu kodlaşdırılmış nitqin xüsusiyyətlərini əks etdirir, yəni ədəbi dilin qaydalarına tabe edilir.




Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin