SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə30/31
tarix02.01.2022
ölçüsü291,5 Kb.
#35913
1   ...   23   24   25   26   27   28   29   30   31
M.Yaşar 602

Elmi üslub. Bu üslub bütün elm sahələrinə aid elmi əsərləri əhatə edərək elmi təfəkkürü, mühakiməni, fikri ifadə edən üslubdur. Bunun əsas vəzifəsi elmi biliklərdən xəbər veməkdir. Elmi üslubun fərqləndirici cəhəti onun elmi məsələləri, fikirləri daha dəqiq işıqlandırmağa meyl etməsidir.

Elmi funksional üslub aşağıdakı sahələri əhatə edir: 1. Dərslik 2. Monoqrafiya 3. Tədris vəsaitləri 4. Elmi və metodik jurnal məqalələri və.s

Elmi üslubu iki mikroüsluba ayırmaq olar 1) ictimai elmlər üslubu, təbiət elmləri üslubu, texniki elmlər üslubu 2) xüsusi-elmi üslub, elmi-tədris üslubu, elmi-kütləvi üslub

Elmi üslub bir neçə elmi dialoqa ayrılır: a) intellektual söhbət b) elmi mübahisə v) sxem əsasında qurulmuş monoqrafiya q) monoloji nağıl etmə

Elmi üslub başqa üslublardan onunla fərqlənir ki, bu üslub elmi əsərlərin dilidir, məlumat vermək və bu məlumatı məntiqi əsaslarla sübuta yetirmək kimi xüsusiyyətləri var.

Elmi əsərlərdə təbiət və cəmiyyətdəki hadisələri dəqiq izah etmək və onların qanunauyğunluğunu sübut etmək üçün aşağıdakı şərtlər gözlənilməlidir: 1. Dəqiqlik, sadəlik və aydınlıq 2. Məntiqi tənasüblük və emosional təsirlilik 3. Diqqətlə düşünülmüş terminlərin ikiqat determinləşməsi 4. lazım olan simvol və işarələrin düşünülərək tətbiq edilməsi.

Elmi üslub üçün dəqiqlik, təkmənalılıq, məntiqlilik, dəlillilik, abstraktlaşma, terminlilik, həqiqi mənalılıq, sintaktik aydınlıq kimi xüsusiyyətlər səciyyəvidir. Elmi üslubun leksikası bədii üslubdan fərqli olaraq terminlərlə boldur.

Elmi üslubda terminlərin çoxmənalılığına, sinonimliyinə rast gəlinir. Bu, elmi üslubun təbiətinə uyğun deyil. Məs. riyaziyyatda “kök” termini ədədin kökü, coxhədlinin kökü və tənliyin kökü anlayışlarında müxtəlif mənalı olsa da, onların hamısında kök eyni formada işlədilir.

Elmi üslub təbiət və cəmiyyət hadisələri barədə dəqiq məlumat vermək və onların qanunauyğunluğunu və mahiyyətini subut etməklə bağlı olduğu üçün onda sözlərin həqiqi mənada işlədilməsi vacibdir. Bədii dil obrazlı dildir. Bu üslub üçün məcazlaşma əsas amildir, lakin elmi üslub üçün obrazlı ifadələr, obrazlı sözlər, məcazlaşma səciyyəvi sayılmır. Sözlər həqiqi mənada yox, məcazi mənada işlədilərsə, elmi əsərdə ifadə olunan fikir müxtəlif mənada anlaşıla bilər, dəqiqlik və elmlik kölgədə qalar. Elmi əsərlərin dilində subut, sillogizm, düstur, tərif və.s əsas olduğuna görə ekspressivlik, emosionallıq yaradan nida sözlər, xitablar, ədatlar işlədilmir. Müxtəlif işarələr sistemindən istifadə olunur, transkripsiya verilir.

Müəyyən bir elmi fikrin məntiqi, ardıcıl və konkret şəkildə ifadəsi üçün məhz elmi üslubun morfoloji norması kimi özünü göstərən vasitələrdən istifadə olunur. Elmi üslubda nitqin bu və ya digər morfoloji formanın seçilməsi və işlədilməsi vacibdir. Elmi əsərlərdə hökmlər, nəticələr ümumi səciyyə daşıdığı üçün felin indiki zaman forması daha geniş işlədilir. Gələcək zaman formalarından az istifadə edilir. Çünki gələcək zamanda baş verə biləcək iş, hərəkət və ya müəyyən keyfiyyət, əsasən, ehtimal səciyyəlidir. Keçmiş zaman forması ictimai elmlərdə, xüsusilə tarix və ədəbiyyata aid yazılmış əsərlərdə üstünlük təşkil edir, cünki bu əsərlərdə keçmişdə olan, baş vermiş hadisələr təhlil olunur.

Elmi əsərlərin sintaksisi mürəkkəb konstruksiyalılığı ilə seçilir. Söz cümlə, yarımçıq cümlə, nida cümlələr, sual cümlələri işlədilmir. Əşya və hadisələrin keyfiyyətini və xüsusiyyətini açmaq üçün həmcis üzvlü sadə və ya mürəkkəb cümlələrə geniş yer verilir. Elmi üslubda xüsusi söz və ifadələr işlədilir: tədqiqat göstərir ki, belə nəticəyə gəlmək olur ki, məlumdur, aydındır və.s. Əsərdə elmi nəticələri yekunlaşdırmaq məqsədi ilə ara sözlərdən istifadə olunur: beləliklə, deməli, ümumiyyətlə, əvvəla, mənə görə, həqiqətən, doğrudur, şübhəsiz və.s.

Elmi üslubda cümlələr daha çox məntiqi-məlumatvermə xarakterli olur. Cümlələrdə mürəkkəbləşmə gedir. Cümlələr, əsasən, səbəb-nəticə əlaqəlidir. Cümlədə sözlərin sırası cümlənin məntiqi istiqamətinə əsaslanır. Elmi üslubun sintaktik əlamətlərinə uyğun olaraq təktərkibli qeyri-müəyyən şəxsli, ümumi şəxsli, adlıq və üzvlənməyən söz cümlələr, elliptik cümlələr, cümlənin məqsəd və intonasiyaya görə növlərindən yalnız nəqli cümlə işlədilir.




Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin