SəRBƏst iŞ Tələbə



Yüklə 291,5 Kb.
səhifə25/31
tarix02.01.2022
ölçüsü291,5 Kb.
#35913
1   ...   21   22   23   24   25   26   27   28   ...   31
M.Yaşar 602

8.Fonetik norma
Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: fonetik norma, leksik norma, qrammatik normalar, orfoqrafik normalar, orfoepik normalar, üslub normaları.

1. Fonetik normalar. Ədəbi dilin səs sistemi də müəyyən normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsiyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məs. Dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulur. Əgər binalar, anam, almaq, gəlmək kimi sözlərdə şəkilçilər binalər, anəm, almək, gəlməx kimi işlədilirsə, bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e, o, ö saitləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, gəler, alacek, əmeg kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecasının üzərinə düşür. Bəzilərinin danışığında sözlər o/xu, da/ha, a/rzu, i/sim kimi tələffüz olunsa bu da fonetik normadan uzaqlaşmadır.

Yazıda fonetik normanın mühafizəsi üçün əlifbanın çox mühüm praktik əhəmiyyəti vardır. Hal hazırda dünya xalqları öz dillərinin fonetik tərkiblərinə uyğun şəkildə latın, ərəb, kiril, qədim yəhudi əlifbasından və heroqliflərdən istifadə edirlər. Qərbi Avropada və bütün Amerikada latın, Şimali Afrikada, İranda, Əfqanıstanda və Pakistanda ərəb, Çində, Yaponiyada, Koreyada heroqliflərdən, İsraildə qədim yəhudi əlifbasından istifadə edilir. Ümumiyyətlə, hər hansı bir əlifba sistemi başqa dillərin fonetik quruluşuna, onun səs təbiətinə tam uyğun gələ bilməz. Buna görə də hər hansı əlifbanın qəbul edilməsi zamanı onun dilə uyğunluğunu və uyğunsuzluğunu aydınlaşdırmaq, dildəki səslərin əlifbada mövcud olmayan yeni işarələrini yaratmaq bir problemə çevrilir. Dildəki səslərin əlifbada uyğun işarəsi olmadıqda yazı qaydalarında bir norma müəyyənləşdirmək məsələsi çətinləşir. Bu da əlifbada uyğunlaşma prinsipinin nəzərə alınması zəruriliyini meydana çıxarır. Azərbaycan yazısında uzun müddət ərəb əlifbasından istifadə olunmuşdur. 1928-ci il iyulun 2-də latın əlifbasına keçmək haqqında qərar qəbul edildi. Bu qərar yeni əlifbanın məcburi və qəti həyata keçməsindən ibarət idi. Latın əlifbasında olan qrafik işarələr Azərbaycan dilinin səs sistemini, əsasən, əks etdirə bilirdi. Bu əlifbada sait və samitlərin xüsusi işarələri mövcud idi. 1939-cu il noyabrın 15-də Azərbaycan yazısının latın əlifbasından rus qrafikasına keçməsi haqqında qərar verildi. Rus qrafikası əsasında tərtib olunmuş Azərbaycan əlifbasında yenidən iki mərhələ üzrə islahat aparılmışdır. Birinci mərhələ üzrə islahat 1947-ci ildə həyata keçirilmişdir. Bu islahatda Azərbaycan əlifba sistemindən bu dilin fonematik xüsusiyyətlərinə uyğun gəlməyən ц hərfi çıxarılmışdır. İkinci mərhələ üzrə islahat 1958-ci ildə aparılmışdır. Bu islahatda я, ю, э, й işarələri çıxarılmışdır. 1993-cü ildə martın 1-dən idarə və müəssələrdə latın qrafikalı əlifba ilə işləmək barədə hökumət sərəncamları göndərilmişdir. Lakin maddi və texniki imkansızlıq üzündən Azərbaycan yazısında rus və latın əlifbaları paralel şəkildə istifadə olunur.


Yüklə 291,5 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin