pnisbi = p1 – p0 Ölçü səviyyəsi 1,55 V EHQ - nə və 600 Om daxili müqavimətə malik olan generatordan dövrənin girişinə 800 Hs tezlikli siqnal verdikdə 600 Om yük müqavimətində ayrılan 0,775 V gərginliyə deyilir. Başqa sözlə ölçü səviyyəsi kimi ölçülən nöqtədə gərginliyin mütləq sıfır səviyyəsi qəbul edilir.
Əgər generatorun girişinə 600 Om müqavimət qoşulubsa, bu vaxt generatorun verdiyi gərginlik 0,775V ; 135 Om müqavimət qoşulubsa 0,384 V; 75 Om müqavimət qoşulubsa 0,275V olacaqdır. İstehsalatda ölçmənin nəticəsini asanlaşdırmaq üçün standart giriş müqavimətlərindən istifadə olunur: 50; 75; 135; 600 və yüksək Omlu standart giriş müqavimətləri vardır.
İstehsalatda standart müqavimət:
simmetrik kabellər üçün 135;150 və 170 Om;
koaksial kabellər üçün 75 Om;
mis rabitə dövrəsi üçün 600 Om;
polad dövrə üçün 1400 Omdur.
Səviyyəni ölçmək üçün səviyyə göstəricilərindən istifadə olunur. Bu məqsədlə şkalası Neper və ya desibellə dərəcələnmiş voltmetrdən də istifadə etmək mümkündür. Səviyyə göstəriciləri 2 növ olur:
Geniş zolaqlı səviyyə göstəricisi;
Selektiv ( seçici ) səviyyə göstəricisi.
Rabitə texnikasında səviyyə göstəricilərinin 2 növ qoşulma üsulu mövcuddur: paralel və ardıcıl. Paralel qoşulmada səviyyə göstəricisi dövrənin iş rejimini pozmamaq üçün böyük müqavimətə malik olmalıdırsa ( bu halda açar yüksək Omlu müqavimətin üzərində olmalıdır ), ardıcıl qoşulma halında isə səviyyə göstəricisinin giriş müqaviməti naqilli rabitənin standart müqavimətinə ( yəni 75; 135; 600 Om ) uyğun olmalıdır.
Ölçü generatorları: Ölçü generatorları - sabit cərəyan mənbəyi enerjisini dəyişən cərəyan enerjisinə çevirən ikiqütblüyə deyilir. Generatorlar dəyişən cərəyan mənbələri olaraq rabitə texnikasında müxtəlif formalı siqnallar, müxtəlif tezliklər və müxtəlif gərginliklər yaratmaq üçün istifadə olunur. Generatorun vəzifəsi ölçü siqnallarını formalaşdırmaqdır.Generatorlar hasil etdiyi siqnalın formasına, tezlik diapazonuna və çıxış siqnalının səviyyəsinə görə bir – birindən fərqlənirlər. Ölçü generatorları rabitə texnikasında işlənən bütün elektromaqnit rəqs tezliyi diapazonunda lazımi formalı rəqslərin yaradılmasını təmin edir. Lakin elektromaqnit rəqs tezliyi diapazonu çox böyük olduğundan ( infraalçaq tezliklərdən millimetrik dalğa diapazonu tezliklərinə qədər ) ölçü generatorları nisbətən kiçik zolaqlı olurlar. Ölçü generatorları müəyyən diapazona malikdirlər. Generatorun ölçmə diapazonu elektromaqnit rəqs diapazonunun kiçik bir hissəsini təşkil edir. Ümumiyyətlə, generatorlar elə hazırlanırlar ki, onların diapazonlarının cəmi elektromaqnit rəqs diapazonunu əhatə edir. Diapazonuna görə ölçü generatorları aşağıdakılardan ibarətdir: infraalçaq tezlik generatorları, səs tezlik generatorları, alçaq tezlik generatorları, yüksək tezlik generatorları, ultrayüksək tezlik generatorları, ifrat yüksək tezlik generatorları, millimetrik dalğa diapazonu generatorları, sabit cərəyan generatorları, küy generatorları və s. Ölçü generatorlarına tezliyin dəqiq tənzimlənməsinə, alınan siqnalın və gücün stabilliyinə, quruluşuna, rütubətə, istiliyə, silkələnməyə qarşı davamlılığına və s. görə xüsusi təlabatlar qoyulur.Ölçü generatorlarının yaratdığı siqnallar formasına görə sinusoidal, düzbucaqlı, mişarvari, impulsşəkilli və xüsusi formalı olurlar. İş prinsipinə görə generatorlar 3 növə : RC tipli, LC tipli və döyünmə üsullu generatorlara bölünürlər.