SəRBƏst iŞLƏr fəNN: multikulturaliZMƏ GİRİŞ


ETNİK DƏYƏRLƏR VƏ MİLLİ MENTALİTET



Yüklə 49,52 Kb.
səhifə4/10
tarix02.01.2022
ölçüsü49,52 Kb.
#35083
1   2   3   4   5   6   7   8   9   10
MULTİKULTURALİZM (1)

4. ETNİK DƏYƏRLƏR VƏ MİLLİ MENTALİTET

Azərbaycan xalqının milli xarakteri və mentalitetinin təsiri altında formalaşan milli ideologiyanı - azərbaycançılıq ideologiyasını Ulu Öndər Heydər Əliyev azərbaycanlıların milli ruhunun qoruyucusu, ümumdünya sivil məkanında milli özünütəsdiqin əsas amili hesab edirdi. Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi görüşlərində azərbaycançılıq və milli mentalitet fəlsəfəsinin mahiyyətini dərindən aça bilən Q.Əliyev yazır: “Heydər Əliyevin ictimai-siyasi görüşlərində işlənib hazırlanmış, ölkə əhalisinin rəğbətlə qarşıladığı azərbaycançılıq vətən amalının milli dərki kimi təqdim edilir... Heydər Əliyevin təsəvvüründə azərbaycançılıq ideologiyası milli-mənəvi sərvətlərimiz sistemində ən önəmli yer tutur və mübaliğəsiz demək olar ki, müstəqilliyin möhkəmlənməsi əqidəsində olan bütün azərbaycanlıların milli ideologiyası kimi funksional əhəmiyyət daşıyır”.

Q.Əliyev Ulu Öndər Heydər Əliyevin müstəqillik dövründə milli ideologiya və milli-siyasi şüur tərəfindən sosial-siyasi və mənəvi sistemin dərk olunması və öyrənilməsinin vahid sinkretik forması olan milli-siyasi mentalitetin qarşılıqlı əlaqəsinə dair dəyərli, dahiyanə fikirlərini də üzə çıxarıb.

Məlumdur ki, milli-siyasi mentalitetin yaradıcısı xalq və siyasi elitadır. Təbii mədəniyyət zəminində formalaşan siyasi mentalitet ənənə ilə bağlı olub siyasi həyatda gerçəkləşir.

 Çox düzgün olaraq müəllif Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasında bir sıra problemlərin həllinə onun kompleks yanaşdığını, onun milli yanaşdığını, onun milli-hüquqi dövlət konsepsiyasının mənəvi əsaslarını açıb göstərmişdir: “Bir tərəfdən xalqın rifahı, həyatının real səviyyəsi və keyfiyyəti, digər tərəfdən isə milli və bəşəri dəyərlərlə zənginləşmiş mənlik şüuru xalqın dövlətçiliyinin məzmununu müəyyənləşdirən amillərdir. Azərbaycan xalqı Qafqaz xalqları arasında xüsusi yer tutan xalqlardandır. Qafqaza xas olan bir çox etnik birliklərin sivilizasiyalararası dialoqu şəraitində hər bir Qafqaz xalqlarının mentaliteti özlərində əsrlərin dərinliklərindən gələn ideya və xüsusiyyətləri, tarixi təsəvvürləri, sosial və əxlaqi norma və dəyərləri əks etdirir. Bu mentallıq özündə həm də Qafqaz ənənəviliyini və mənəvi qohumluğunu, ümumqafqaz tarixinə bağlılığı birləşdirir”.

Qafqazdakı xalqların milli mədəniyyətləri, milli xarakteri, mentaliteti, ideologiyası özündə türk, slavyan, kartvel, vaynax, Dağıstan, digər dil qruplarını, islam və provaslav dini dəyərlərini, qədim fars, yunan-Roma, ərəb sivilizasiyalarından qidalanmış dağlıq və düzən mədəni adət-ənənələrini birləşdirən və əhatə edən mədəniyyətin ayrılmaz bir hissəsidir.

Sosiomədəni fenomen olan mentalitet xalqların, tayfaların xarakteri, psixologiyası adət-ənələrinin öyrənilməsi ilə bağlı anlayışdır. Şərqin görkəmli siyasətçisi Nizamülmülk özünün “Siyasətnamə” əsərində dövlət başçılarına idarə etdikləri ölkənin xalqlarının və tayfalarının xarakterini, adətlərini öyrənməyi məsləhət görürdü: “Ölkə daxilində uzaqdan-yaxına, böyükdən-kiçiyə qədər heç bir şey onların gözündən qaçmasın”.

Mentalitetin fəlsəfi-etik, mədəni-etnik və tarixi səviyyələrdə öyrənilməsi xalqların tarixi həyatının, sosial, mədəni, dini, təbii, bioloji aspektlərinin vəhdətdə götürülməsini tələb edir. Mentalitet sosial-fəlsəfi fenomen olmaqla yanaşı, həm də adətlərin, əxlaqi sərvətlərin, dini etiqadların, şüurun vərdişlərin sayəsində formalaşmışdır.

Q.Əliyevin fikrincə, mentalitet milli xarakterin başlıca təzahürü  olduğundan, onun tarixi inkişaf mərhələləri və mahiyyəti təbii zərurət sahəsinə daxildir. Yəni ictimai şüurun yaranması və inkişafı tarixi zərurət olduğu kimi, millətin də şüuru və mentaliteti onun sosiomədəni formalaşma mərhələlərini əks etdirir, labüd olaraq praktikada insani münasibətlərdə üzə çıxır. Ona görə də xalqın millətə çevrilməsi üçün zəruri olan tarixi keçid mərhələləri vacib şərtlər olub şüurun və mentalitetin məzmununu tarixi ideyalarla zənginləşdirir. 

Ulu Öndər Heydər Əliyevin xalqına müstəqillik, tarixi yaddaşı unutmamaq, vətən amalı, həmrəylik, azərbaycançılıq kimi müqəddəs ideyalar aşılayan siyasət məktəbi yeni formasiyada fəaliyyət göstərəcək milli siyasətçilərimiz üçün örnəkdir. 

Bu mənada, Ulu Öndər Heydər Əliyev siyasət məktəbinin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyev ölkə daxilində və bütün dünyada azərbaycançılığı uğurla həyata keçirən istedadlı siyasətçi kimi şöhrət qazanmışdır. Heydər Əliyev siyasi məktəbi İlham Əliyevin, simasında XXI əsr Azərbaycan siyasəti və diplomatiyasında özünə mühüm yer tutan qloballaşma dövründə ölkəmizin inkişaf strategiyasını bacarıqla həyata keçirən siyasi lider və istedadlı siyasətçi yetişdirmişdir. Cənab İlham Əliyev Azərbaycan milli mentalitetinə və Azərbaycançılığa sıx bağlı olan müasir milli elitanın formalaşmasında və inkişafında əsas rol oynayan bir dövlət başçısıdır. Beləliklə, tarixən milli, irqi, dini tolerantlığı ilə fərqlənən azərbaycanlı mentaliteti və milli xarakteri milli mənlik şüuruna uyğun olaraq azərbaycançılıq ideologiyasının formalaşmasında mühüm rol oynamışdır. Azərbaycançılıq ideologiyası xalqın milli şüurunu səfərbər edərək, milli vətənçilik ideyasını şüurlara yeridərək, dövlət quruculuğu prosesində güclü amilə çevirmişdir.

 


Yüklə 49,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin