5 – yığıcı-paylayıcı boşqab ; 6 – aşağı baca ; 7 – damcı tutucu lay ; 8 – yuxarı baca. Qollu filtrlər Sənayedə vensilyasiya havası və qaz tullantılarını təmizləmək üçün süzgəc geniş tətbiq olunur. Filtirləmə prosesi məsaməli arakəsmədə hissəciklərin tutulmasından ibarətdir). Filtr gövdəsindən (1), məsaməli arakəsmə (2) ilə ayrılan (filtr elementi) iki boşluqdan ibarətdir. Filtrə çirklənmiş qazlar daxil olur və filtr elementindən keçəndə təmzilənir. Toz hissəcikləri arakəsmənin səthində toz qatını (3) əmələ gətirir. Beləliklə yenidən daxil olan hissəciklər üçün filtrli arakəsmə rolunu oynayır ki, bu da filtr elementində təzyiqlər fərqini və filtrin təmizləmə effektivliyini artırır. Hissəciklərin filtr elementlərinin məsamələrinin səthində çökməsi dəymə effektini və eyni zamanda hissəciklərin diffuzyalı, inersiyalı və qravitasiyalı çökmə proseslərinə əsasən baş verir. Maye suspenziyalardan fərqli olaraq qazların təmizlənməsində filtrləmə prosesindən də istifadə edilir. Bu məqsəd üçün ən çox yayılmış fasiləsiz işləyən qollu filtrləyici aparatlardan istifadə edilir. Parçalı filtrlər: Bu aparatlar sənayedə az tətbiq olunurlar. Bunun əsas səbəbi yüksək temperatur diapazonuna və korroziyaedici mühitlərə davam gətirən parçaların istehsal olunması ilə əlaqədardır. Sənayedə nisbətən çox işlənən bu tip filtirlərə qollu filtirləri misal göstərmək olar. Tullantı qazlarının təmizlənməsi Atmosfer havasını cirkləndirən əsas mənbələrə sənaye müəssisələri, nəqliyyat, istilik elektrik stansiyaları, kənd təsərüfatı kompleksləri aid edilir. Sənaye müəssisələri tərəfindən atmosferə CO2, CO, NH3 S02, NOx, HF, HCL, H2S, karbohidrogenlər və başqa zəhərli və zərərli maddələrin atılmasına rast gəlmək olur. Mənbələrdən məlumdur ki, cirkləndiriçi maddələr atmosferə ardıcıl və ya dövri, ani və yaylım şəklində daxil ola bilir. Müasir dövrdə, sənaye müəssisələri tərəfindən atmosferə atılan çirkli qazlar quru mexaniki toz tutucular, filtr yaş toztutucular və elektrofıltrlər vasitəsilə təmizlənir. «Qravitasiya» prinsipi ilə işləyən tozçökdürücü kameraların prinsipial sxemləri göstərilmişdir