Gəmi ehtiyyatları və ballast mənzilləri - əsas korpusun yanacaq, yağ, şirin suyu saxlamaq və su ballastını qəbul etmək üçün istifadə olunan mənzillər.
Xidmət mənzilləri – gəminin istismar olunması ilə əlaqədar olaraq ekipajın vaxta çəkdiyi və yaxud müxtəlif işləri yerinə yetirmək üçün ayrılmış mənzillər (gəmini idarə etmək üçün postlar, maşın-qazan şöbəsi və başqa mənzillər).
Ekipajın və sərnişinlərin mənzilləri – insanları yerləşdirmək və onlar üçün, gəmidə normal şərait təmin etmək üçün ayrılmış yaşayış və başqa mənzillər.
Ən böyük gəmi mənzilləri – maşın şöbəsi və yük ambarlarıdır.
Maşın şöbəsinin yerləşdirilməsi – maşın şöbəsi bütün mexanizmlərin və aqreqatların yerləşdirilməsi üçün istifadə olunur (şək.35).
Maşın şöbəsinin gəminin uzunluğu boyunca yerləşdirilməsinin yeri xeyli səbəblərdən asılıdır. Maşın şöbəsi gəminin orta hissəsində, kormada və aralıqda yerləşə bilər. Maşın şöbəsi gəminin orta hissəsində yerləşdirilərsə, gəmi yüklü olsa da və yaxud olmasa da kormada olan gərginlik olduqca müntəzəm olur, gəminin suda oturması sadələşdirilir gəmisürücü üçün yaxşı görünmə sahəsi yaradılır. Lakin maşın şöbəsinin bu cür yerləşdirilməsi yükün yerləşdirilməsi üçün korpusun həcmini səmərəli istifadə etməyə imkan vermir, çünki ən böyük və əlverişli şöbələri maşın tutur. Bundan başqa uzun valın keçməsi və onun üçün xüsusi tunel tələb olunur. Beləliklə korma ambarlarının həcmi azalır və yük əməliyyatının yerinə yetirilməsi uçün narahatlıq yaradılır.
Şəkil 35. Maşın şöbəsinin və əsas üst hissəsinin vəziyyəti: a-orta;
b-aralıq; v-korma
Maşın şöbəsi kormada yerləşdirilirsə, bu nöqsanlar aradan qaldırılır və gəminin faydalı yükqaldırmasını və yükyerləşdirilməsini artırmağa imkan verir. Lakin bununla bərabər gəminin suda oturması mürəkkəbləşir: ambarlar boş olanda gəminin kormaya diferenti böyük olur, ona görə də lazımi qədər üzmə qabiliyyətini və korpusa düzgün gərginliyi təmin etmək üçün boş reyslərdə burun və orta hissələrdə kifayət miqdarda ballast götürməyə məcbur olur. Ona görə də maşın şöbəsinin yerləşdirilməsini gəminin istismar olunmasının konkret şərtləri və vəzifəsindən asılı olaraq seçirlər. Maşın şöbəsinin gəminin orta hissəsində yerləşdirilməsi köhnə gəmilərdə və bəzi xüsusi gəmilərdə, məsələn: buzqıran – nəqliyyat, refrijerator gəmilərində rast gəlir.
Şəkil 36. Göyərtələrin və göyərtələr arasındakı boşluqların adları:
1) ikinci dib; 2) II platforma;
3) I platforma; 4) üçüncü (aşağı) göyərtə; 5) ikinci göyərtə; 6) yuxarı göyərtə; 7) I yarusun üst hissəsinin göyərtəsi (bakın orta hissəsinin, yutun göyərtəsi); 8) II yarusun daxmasının gəzinti göyərtəsi;
9) III yarusun daxmasının göyərtəsi (şlyunka göyərtəsi); 10) IV yarusun rubkasının göyərtəsi (aşağı hərəkət körpüsü)
Maşın şöbəsinin kormada yerləşdirilməsi tankerlərdə, qalaqvuran gəmilərdə, konteynerevoz və həmçinin kiçik və orta quruyük gəmilərində olur. Böyük quruyük gəmilərinin qaydaya görə maşın şöbəsi aralıqda yerləşdirilir.
Bu halda gəmini qurarkən, maşın şöbəsi bir qədər kormaya tərəf elə çəkilir ki, ondan sonra ancaq bir korma ambarı qalır.
Dostları ilə paylaş: |