Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə20/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   16   17   18   19   20   21   22   23   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Ştevnlər – gəminin burun və kormasının qurtara­caq­larında kili davam etdirən möhkəm döyməklənmiş qaynaq olunmuş tirlərdir. Onların adı gəminin burnunda forşteven kormasında isə axterşteven adlanır.
Ştevnlərin vəzifəsi bort strinqerlərini və hər iki bortun örtülərini birlikdə birləşdirməkdir.
Forşteven (şək.31) buza, qrunta, körpüyə və yaxud başqa gəmiyə zərbə olarsa gəminin burun hissəsinin qorunmasını təmin etmək üçün çox möhkəm olmalıdır.
Şəkil 31. Dəniz gəmilərinin burun qırağı tipik şəkilləri: a) köhnə quruluşda nəqliyyat gəmisinin düz burnu; b) mail forşteven;
v) tankerin bulb şəkilli burnu; q) ledokolun burnu; d) buzda üzən gəminin burnu; e) balıq tutan gəminin qaşıqşəkilli burnu

İndiki gəmilərin forştevenini döyməli, tökülmüş, çox vaxtı isə qaynaq olunmuş metaldan hazırlayırlar. Beləliklə onun hazırlanmasının texnologiyası asanlaşdırılır, və ağırlığı azalır. Bəzən forştevenin aşağı hissəsini tökmə üsulu ilə hazırlayırlar, yuxarısını isə qaynaq edirlər.


Əgər kil uzunsov olsa o zaman forştevenin aşağı ucu kil ilə qaynaqlı calaq ilə birləşdirilir, üfüqü kil ilə birləşdirmək üçün forştevenə aşağı hissədə çanaq forması verilir.
Forşteven göyərtə ilə bort strinqerləri, platformalar və gəmi yığımının başqa detalları ilə qaynaqla birləşdirilir.
Axterşteven (şək.32) çox mürəkkəb formada olur. Onun konstruksiyası sükanın tipindən, vintlərin sayından və kor­manın formasından asılıdır. Ən çox geniş istifadə olunan forma kreyser kormasıdır, çünki o sükanı və vinti buzlarda və körpülərə yanaşarkən zədələnmədən daha da yaxşı müdafiə edir.
Buzda üzən gəminin kreyser formalı axterşte­ve­nində sükanı və vinti geriyə hərəkət zamanı buzların zərbəsindən müdafiə etmək üçün xüsusi çıxıntı-buzdan-ayırma (льдоотвод) olur
Şəkil 32. Kormanın formasının şəkilləri: a) kreyserbuzqıran gəmisi; b) kreyser; v) köhnə quruluşda gəminin elliptik şəkli

Adi sükanı olan bir­vintli gəminin ax­terşteveni (şək.33) ram­kadan ibarətdir. Onun qabaq hissə­sində star­npost ad­la­nan yerdən star­npos­tun almasından (яб­локо старенпоста) avarlı val keçir. Onun arxa hisssəsində ru­derpost adlanan yerdə sü­kanı çevirmək üçün da­irələr olur. Vintin fırlandığı yerdə ax­ter­şneveni daxili his­səsi ambrazura adla­nır.


İkivintli gəmi­nin axter­ş­teveninin kons­truksiyası sa­də­dir, orada starnpost yoxdur. Axterşteven qay­nağın vasi­tə­silə üfü­qü kil, florlar və kor­pusun yığımının baş­qa tirləri ilə eti­barlı birləşdirilir. Qay­naqlı axterştevenlər geniş is­tifadə olunur, çünki onlar şəkilərinə görə yüngül və çox sadə istehsal olu­nurlar. On­la­rın konstruksiyası bra­ket­ka­larla bər­kidilmiş möh­kəm ör­tüklərdən ibarətdir.

Şəkil 33. Birvintli gəminin axterş­teveni; a) ilmək; b) dayaq;
v) 1-ruderpost; 2- starnpost;
3- starnpostun alması; 4-dayaq;
5- sükan ilməkləri
Deydvud bo­ru­su, mortirlər və avar­lı val­ların kron­ştey­nləri. Bir vintli gəmi­də avarlı valın deyd­vuddan keç­diyi yerdə deydvud bo­rusu qoyu­lur. O möh­kəm boru olub bir ucu ilə starn­postun alma­sı­na, o biri ucu ilə ax­terpik ara­kəs­məsinə bər­kidilir. Oradan xari­cə avarlı val çıxır.
Deydvud boru­su­nun korma hissə­sin­də sür­tünməni azalt­maq üçün deydvud pod­şip­niki düzəldilir, axterpik arakəs­mə­sində isə gə­mi­nin daxilinə suyun tökülməsini qarşısını al­maq üçün salnik qoyu­lur.
İkivintli gəmilərdə avarlı vallar korpusdan örtüyə iti bucaq altında çıxırlar. Bu yerlərdə möhkəmlik və burax­mamazlığı təmin etmək üçün mortira (şək.34) qoyulur.
Mortira möhkəm borudur. Onu korpusun örtüyünə bərkitmək üçün flans və daxilində isə salnik olur. Avarlı vinti mortiranın yaxınlığında yerləşdirmək olmaz, korpus mane olur, ona görə də korpusdan xaricdə olan avarlı valın xeyli uzunluğu olur. Qıraqdakı valları saxlamaq üçün xüsusi dayaqlar düzəldilir - avarlı valların kronşteynləri. Onlar bir pəncəli, iki pəncəli, tökməkli qaynaqlı olur və florlarla, arakəsmələrlə, strinqerlərlə gəminin korpusuna möhkəm birləşdirilir.



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin