9. İkinci dib. Arakəsmələr. Avarlı valın tuneli. Subarxmayan qapılar.
İkinci dib – Dəniz nəqliyyat gəmilərinin hamısında ikinci dib düzəldilir; tankerlərdə yük tanklarını kənar etməklə. İkinci dib, dib yığımının üstünə qaynaqlanır və dibdə dəlik olarsa gəminin batmasının qabağını alır. Bortdan kənar suyun təzyiqinə davam gətirməsi üçün ikinci dibin döşəməsini kifayət qədər möhkəmliyi olmalıdır. Buna görə də onun qalınlığı təyin olunur. Dib yığımını örtməklə ikinci dib yükü yerləşdirmək üçün ambarı daha da əlverişli və rahat edir. Ən çox xarab olan yerlərdə taxta döşəmə olmasa yük lyuklarının və qazanların altında ikinci dibi qalınlaşdırırlar.
İkinci dib bortlarla adətən diblər arasındakı təbəqələrin vasitəsilə xarici örtüyə birləşdirilir (şək.27). İkinci dib diblər arasındakı təbəqələrlə birlikdə daxili vertikal kil və suburaxmayan florlarla ayrı-ayrı tanklara bölüşdürülmüş izolyasiya olunan diblər arasındakı boşluğu əmələ gətirir. Bu tanklarda şirin su, maye yanacaq ehtiyatı saxlanılır, lazım olarsa ballast kimi bortdan kənar suyu götürürlər. Gəminin skula hissəsinin xarici örtüsü və diblər arasındakı təbəqənin arasında suyun yığılması üçün dərinlik (çuxur)-“льяло” yaranır. Suyun bir şpasiyadan o birisinə axması üçün skula knitsalarının dəlikləri olur.
Şəkil 27. İkinci dibin birləşməsi:
a) xarici örtü ilə: 1) Dibin örtüsü; 2) Flor; 3) İkinci dibin döşəməsi; 4) Gəminin döşünün örtüyü; 5) Mail diblər arasında təbəqə və yaxud döşün strinqeri; 6) döşün güşəbəndi; 7) xarıcı örtünün döş zonası;
8) Dəliklər. b) Üfüqi diblər arasındakı təbəqənin vasitəsilə bort ilə: 1) İkinci dibin döşəməsi; 2) Kənar diblər arasındakı təbəqə;
3) Şpanqout; 4) Döşün kniçası; 5) Xarici örtüyün döş zonası;
6) Dib örtüyü; 7) Flor.
İkinci dibin tanklarının yoxlanması, təmizlənməsi, rənglənməsi və ventilyasiya edilməsi üçün hər tankda onun müxtəlif yerlərində yerləşən iki ağızı olur. Adamın tanka düşməsinə imkanı olması üçün ağızların ölçüləri olur. Onlar girdə və yaxud oval formalı olurlar. Adətən ağızların qabaqları ikinci dibin döşəməsinə qaynaq olunmuş şpilka və qaynaqların köməyi ilə bağlanır, yaxud başqa döşəkçədən istifadə olunur.
Dostları ilə paylaş: |