Uzununa əyrilikdə ən çox gərginliyi gəminin orta hissəsində göyərtə döşəməsi hiss edir, ona görə də göyərtənin təbəqələrini uclarda nazik edirlər, lakin onların qalınlığı 6 mm-dən az olmamalıdır.
Göyərtə döşəməsinin polad təbəqələri uzun tərəfi ilə gəminin uzunluğu boyunca yerləşdirilir, diametral müstəviyə paralel olur, sol və sağ bortların kənarlarındakı qurşaqlar isə bortların uzununa görə yerləşdirilir, onların qalınlığı böyük olur və göyərtə strinqerləri adlanır.
Göyərtə strinqeri şirstrek ilə qaynaq vasitəsilə müxtəlif üsullarla birləşdirilir; böyük gəmilərdə-stringer künyəsi (угольник) ilə pərçimlənir.
Yük lyuklarını qurmaq üçün göyərtənin döşəməsində böyük kəsiklər etmək lazım gəlir.
Onlar göyərtənin bərkliyini azaldır, onların künclərində gərginliyin yığılması əmələ gəlir və bunun nəticəsində çatlayış olur. Yığılmanın gərginliyini azaltmaq üçün korpusun örtüyündə bütün kəsiklərin bucaqlarını yuvarlaqlaşdırırlar, göyərtə döşəməsinin təbəqələrini kəsiklərin bucaqlarında daha da möhkəm qayırırlar.
Şəkil 24. MQŞ şaxtası və üst hissə üzrə en kəsiyi; 1) İkikci dibin döşəməsi; 2) Baş mühərrikin altinda fundament; 3) Pillers; 4) Üst hissə; 5) Daxma; 6) Rubkada vıqorodkalar; 7) Şaxtanın işıq lyukunun çıxarılan şişi; 8) İlyuminatorlarla işıq lyukunun qapağı; 9) MQŞ şaxtası; 10) Rostralar; 11) Üst hissənin göyərtəsi; 12) Baş göyərtə. Kəsiklərlə zəifləşdirilmiş göyərtəni bərkitmək, suyun ambara tökülməsinin qabağını almaq üçün kəsiyin qıraqlarında möhkəm və hündür quruluşu olan kominqs düzəldirlər. Bu quruluş ilə ambarı bağlayırlar.
Neytral oxa yaxın yerləşdirilmiş aşağı göyərtələr uzununa bərkitmədə az iştirak edir və onların qalınlığı yerli gərginliklərin miqdarından asılıdır. Bu göyərtələrin kəsiklərində kominqsləri az və aşağı edirlər.
Maşın şöbəsi rayonunda göyərtələrdə olan kəsikləri göyərtəarası boşluğun hündürlünün hər yerində çəpərləyirlər. Onlar yuxarıdan qapaqlar və ilyuminatorları olan işıqlı lyuk ilə bağlanan maşın şaxtasını təşkil edir (şək.24). Şaxta maşın şöbəsini təbii ventilyasiya və işıqlandırmaq üçün istifadə olunur. Onun vasitəsilə təmir zamanı müxtəlif mexanizmləri və aqreqatları çıxarıb, gəmiyə verirlər. Ona görə də işıqlı lyuku çıxarılıb, taxılan düzəldirlər.