Korpusun kombinasiya edilmiş yığım sistemi (şək.17). Əgər dib və göyərtələr uzununa sistemlə, bortlar isə eninə sistemlə yerinə yetirilibsə, o zaman bu cür yığım kombinasiya olunmuş sistem adlanır. Bu böyük quruyük və sərnişin gəmi- lərini, rudovozları və tankerləri qurarkən tez-tez istifadə olunur. Bu yığım sistemində bortlara nisbətən gəminin ümumi
Şəkil 17. Kombinasiya edilmiş yığım sistemində quruyük gəmisinin en kəsiyi; 1. Planşir; 2. Falşbortun dayağı 3. Falşbort; 4. Ramalıbims; 5. Göyərtənin döşəməsi; 6. Karlinqs;7. Göyərtəaltı bərkliyin qabırğası; 8. Lyukun kominqsi; 9. Pillers; 10. Bims; 11. Arakəsmənin dayağı; 12. Eninə arakəsmə; 13. Ikinci daban döşəməsi; 14. Vertikal gil; 15. Üfüqi gil; 16. Dib strinqeri; 17. Dibin örtüsü; 18. Flor; 19. Diblər arasında axırıncı təbəqə; 20. Gəminin skula gili; 21. Gəminin skula zonası; 22. Ambar şpanqoutu; 23. Yarım bims; 24. Bort örtüsü; 25. Tvindek şpanqoutu; 26. Şirstrek. uzunluğunun bərkliyini təmin edən dib və göyərtə uzununa sistemdə yığılır. Korpusun uzununa əyilməsində az iştirak edən bortlar eninə sistemdə yığılır, çünki o eninə bərkliyi daha da yaxşı təmin edir və ambarların doldurulmasına mane olmur. Qeyd etmək lazımdır ki, kombinasiya olunmuş yığım sistemi gəminin yükqaldırmasını artırır. Bu yığım sisteminin nöqsanı uzununa sistemdən eninə keçən yerlərdə konstruksiyanın mürəkkəbliyidir.
7. Korpusun ayrı-ayrı hissələri və detalları
Dibin yığımı – İki dibli yığımın en sistemində dib yığımının əsas tiri diametral müstəvidə gəminin uzunluğu boyunca gedən daxili vertikal kildir. Ona hər iki tərəfdən florlar qaynaq edilib yapışdırılır – gəminin skula hissəsinə qədər gedən eninə tirlər. Florların mideldə olan hündürlüyü kildə olan kimdir. Florlar üç cür olur: suburaxmayan, bütöv və braketli (şək.18).
Şəkil 18. Florlar a) suburaxmayan; b)tam; v)braketli