4. Gəmi detallarının birləşdirilməsinin üsulları
Gəminin korpusunu və müxtəlif gəmi konstruksiyalarını təbəqəli və profilli poladdan və döyülmüş metal parçasından yığırlar.
Bunun üçün konstrukisyanın ayrı-ayrı elementlərini bir-birinə elə birləşdirirlər ki, həm birləşmə yerlərində və həmçinin bütün korpusda və ya konstruksiyada lazım olan möhkəmlik və dayanıqlıq təmin olunsun. Hal-hazırda gəmi quruculuğunda qaynaq, pərçim, yapışqan və bolt birləşmələrindən istifadə olunur. Aşağıda bu birləşmələrin sahəsi, onların əsas müsbət və mənfi cəhətləri müzakirə olunur.
Qaynaq birləşməsi – gəmiquruculuğunda polad konstruksiyaların birləşdirilməsində ən çox təsadüf edilən tip qaynaq birləşməsidir (şək.12).
Qaynağın əsas növü – elektrik qövsüdür (əl ilə yarımavtomatik, avtomatik). Əməyin məhsuldar və qaynaq tikilişinin keyfiyyətli olması üçün avtomatik qaynaq yaxşı nəticələr verir. Qaynaq tikilişlərinin keyfiyyətini yaxşılaşdırmaq üçün arqon və kalium-karbonat qazından istifadə edirlər. Qaynaq tikişinin tipləri Reqistrin qaydalarına əsasən seçilir.
Şəkil 12. Qaynaq birləşmələrin tipləri; a) çalaq b) damğalı v) xətt, iz
Qaynağın əsas üstünlüyü birləşmənin etibarlı möhkəmliyi, konstruksiyalarda metalın daha çox səmərəli surətdə istifadə olunması, gəminin qurulma müddətinin azalmasıdır. Qaynaqlı gəminin korpusu həmin tipli pərçimli gəmidən 15-20% yüngüldür (burada yükqaldırma çoxalır və birləşmələr ucuz başa gəlir).
Qaynağın nöqsanlarına konstruksiyaların qabarmasını (temperatur gərginliyinin nəticəsində) aid etmək olar. Buna görə də gəminin yığımını düzəltmək, zərərli qazları ayırmaq, qaynaq tikilişində qalan gərginliyin baş verməsinə əlavə xərclər tələb olunur.
Pərçim birləşməsi – 1930-cu ilə qədər polad gəmiquruculuğunda korpusun detallarının pərçimlə birləşdirilməsi əsas hal idi. Hal-hazırda pərçim birləşməsi yüngül əritmələrdən gəmiləri qurarkən və həmçinin böyük dəniz polad gəmilərdə çəpərli tikiş yerlərini həyata keçirmək üçün istifadə olunur: şirstrekin göyərtə stringeri ilə birləşməsi, skula təbəqəsinin gəminin dibi və bortun örtüsü birləşməsi və s.
Dostları ilə paylaş: |