Üzmə rayonu məhdud olan gəmilər III – limanda, reyddə və sahil yaxınlığında üzən gəmilərdir. Onlara hər konkret rayon üçün sərhədlər müəyyən edilir.
Korpusun materialına görə - gəmilər olurlar: polad (əksəriyyəti), taxtadan (kiçik gəmilər), dəmir betondan (üzən doklar, dayanacaq gəmiləri), alyuminium ərintilərindən və plastmassadan (kiçik gəmilər, şlyupkalar).
Baş mühərrikin tipinə görə - gəmilər bölünürlər:
paroxodlar – buxarlı porşen maşını ilə
teploxodlar – daxili yanma mühərriki ilə
turboxodlar – buxarlı turbin ilə
qazoturboxodlar – qazla işləyən turbin ilə
dizelelektroxodlar və turboelektroxodlar - əsas elektromühərrikləri ilə. Tok dizel və ya turbin ilə fırlanan generatordan verilir.
atomoxodlar – atomlu energetik qurğu ilə
Hərəkətedicinin tikinə görə - gəmilər bölünürlər: vintli, qanadlı hərəkətetdirici, çarxlı, yelkənli, avarlı. Hərəkət xarakterinə görə - gəmilər aşağıdakı tipdə olurlar:
suburaxan gəmilər – adi tipli gəmilərdir. Üzmə zamanı sürətindən asılı olmayaraq korpusu ilə müəyyən qədər su çıxarırlar.
qlisser edən gəmilər – sürətli katerlərdir. Hərəkət edərkən gəminin dibinə hidrodinamik qaldırıcı qüvvə təsir edir. Korpus suyun səthində üzür və sürüşür (qlisser edir). Suyun müqaviməti azaldığı üçün sürət çoxalır.
Sualtı qanadların üstündə olan gəmilər gövdəsinin altında xüsusi qanadlar olur. Gəmi hərəkətdə olarkən bu qanadların üstündə hidrodinamik qaldırıcı qüvvə əmələ gəlir. Gövdə tamamilə suyun üstünə qalxır və sürət birdən-birə çoxalır.
Havalı yastığın üstündə olan gəmilər – güclü ventilyatorla təchiz edilmişlər. Onlar gəminin dibinin altında havanı qızdırır və gəmini suyun üstünə qaldıran tam yüksək təzyiq yaradır. İrəli hərəkət etmək üçün yüksək sürəti təmin edən hava vintləri xidmət edir.