Sərnişin gəmiləri


Flor – dib yığımının bortdan – borta qədər uzadılmış eninə gedən tirdir. Ş ək 15



Yüklə 163,7 Kb.
səhifə8/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   4   5   6   7   8   9   10   11   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Flor – dib yığımının bortdan – borta qədər uzadılmış eninə gedən tirdir.

Ş ək 15


Şpanqout – bort yığımının skula knitsasının vasitəsilə aşağıdan flor ilə birləşdirilmiş vertikal tirdir.
Knitsa – korpusun müxtəlif detallarını birləşdirmək üçün geniş istifadə olunan üçbucaq və ya üçbucağa oxşar təbəqəli poladdan düzəldilmiş detaldır. Knitsalardan başqa həmin məqsəd üçün düzbucaq və ya düzbucaq şəklində olan təbəqəli poladdan düzəldilmiş və braket adlanan detaldan da istifadə edirlər.
Bims – bortdan borta qədər uzanan göyərtəaltı yığımın eninə gedən tiridir. Göyərtədə açıq yer olarsa bimslər kəsilirlər və o zaman onlar yarımbims adlanırlar. Onlar bir ucu ilə şpanqoutla, o birisi ilə massiv kominqsə bərkidilir. Yalnız bir eninə gedən müstəvidə yerləşən və bir bütöv knitsa ilə birləşən flor, iki şpanqout və bims şpanqout ramkası adlanır və gəminin eninə olan bərkliyini lazımi qədər təmin edir. Eninə gedən tirlərin arasındakı məsafəyə şpasiya deyilir.
Arakəsmələrin yığımı vertikal dayaqlardan, üfüqü qabır­qalardan və möhkəmləndirici yığılma ilə təbəqəli poladdan olan massiv üfüqü tirlərdən ibarət olub, şelflər adlanır.
Gəminin korpusu eninə və uzununa gedən suburaxmayan arakəsmələrlə ayrı-ayrı hissələrə bölünür.
Vertikal, dairəvi bu və ya başqa kəsikdə olan ayrıca dayanan dayaqlara pillerslər deyilir. Gəminin burun hissəsində kilin davamı olan möhkəm şaquli və ya mail tir forşteven adlanır. Korma hissəsində daha çox mürəkkəb forması olan gəmi yığımı axterşteven ilə qurtarır. Onların ümumi adı – ştevnlərdir. Onlar həmçinin strinqerlərin və hər iki bortun örtüklərini birlikdə birləşdirilməsində lazım olur.
Gəmi yığımının uzununa və eninə gedən tirləri müəyyən ardıcıllıqla yerləşdirilib, yığımın sistemi adlanır.
Uzununa və eninə gedən tirlərin münasibəti yığım sis­teminin adını təyin edir: uzununa, eninə və kombinasiya edil­miş (şək.14).

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin