Gəminin korpusu ümumiyyətlə bir-birinə bərabər olan öz xüsusi ağırlığının və suyun təzyiqinin təsirini hiss edir, lakin bu təsir gəminin uzunluğu boyunca bərabər bölünmür. Ona görə də gəminin korpusu sakit suda əyrilik ala bilər. Bu hadisə iki halda ola bilər.
1. Əgər gəminin orta hissəsində saxlama qüvvələri gəminin ağırlığından çox, uclarda isə əksinə olsa gəmi əyilə bilər. Bu halda gəminin dibi sıxılır, göyərtə isə gərilir. Ən çox əyrilik momenti mideldə əmələ gəlir. Əgər gəmi dalğanın zirvəsində olsa bu əyrilik daha da çoxala bilər.
Şəkil 11.Gəminin korpusunun əyriliyi; a) dalğanın zirvəsində b) dalğanın ləpələrinin üstündə 2. Əgər orta ambarlar tamamilə ağzına qədər doldurulsa, uclar isə doldurulmasa, gövdə qarılar, o zaman gəminin dibi gərilər, göyərtə isə sıxılar. Əgər gəmi dalğanın altında olsa bu vəziyyət daha da pis nəticə verə bilər, belə ki, burun və korma dalğanın ləpələrinin üstündə olar (şək.11). Gəminin əyilmə gərginliyinə müqavimət göstərməsi uzununa və yaxud ümumi bərklik adlanır. Maksimal gərginlik yuxarı (göyərtə) və aşağı (gəminin dibi) bəndlərdə meydana gəlir və təxminən bortun hündürlüyünün yarısında (neytral xətt) sıfıra bərabər olur.
Gəmi həddindən artıq yüklənərsə korpus dağıla bilər. Bunun olmaması üçün gəminin taxta örtüsünün təbəqələrini yığımlarla uzununa və eninə tirlərlə bərkidirlər.
Gəminin konstruksiyalarında əmələ gələn maksimal gərginlik, bərkliyin lazım olan ehtiyacını təmin edən miqdardan artıq olmamalıdır.
Gəminin uzununa əyilməsindən başqa suyun, yükün və mexanizmlərin təsiri altında eninə istiqamətdə gəminin dibində, bortlarda və göyərtədə yerli deformasiya əmələ gəlir.
Gəminin eninə istiqamətdə korpusun deformasiyasını əmələ gətirən qüvvələrə müqavimət göstərən bacarığına eninəvə yaxud yerli bərklik deyilir.
Gəminin korpusunun və onun ayrı-ayrı hissələrinin möhkəmliyinin hesabı gəminin quruculuq mexanikasının qanunları əsasında həyata keçirilir.