Sərnişin gəmiləri


Şəkil 19. Şpanqoylar a) ramalı; b) adi; 1) ambar şpanq; 2) tvindek Şəkil 20



Yüklə 163,7 Kb.
səhifə12/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   8   9   10   11   12   13   14   15   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Şəkil 19. Şpanqoylar a) ramalı; b) adi; 1) ambar şpanq;
2) tvindek



Şəkil 20. Pillersin qurğuları;
1) göyərtənin döşəməsi;
2) Karlinqs; 3) bims; 4) lyukun eninə kominqsi; 5) Pillers;
6) İkinci dibin döşəməsi;
7) Flor; 8) Vertikal gil;
9) daban örtüsü

Əgər gəmidə bir neçə göyərtə olsa şpanqoutları müxtəlif profilde seçirlər: Ambar şpanqoutunu ən çox gərginlikdə olduğu üçün daha böyük hündürlükdə düzəldirlər, göyərtədən yuxarı arakəsmələrin şpanqoutlarını kiçik profildə hazırlayır- lar. Tankerlərdə bort yığımının eninə sistemində seyrək yerləş­dirilmiş enli bort strinqerlərini qoyurlar. Bunlara şpan­qoutlar söykənirlər. Uzununa sistemdə bort yığımı seyrək qoyulmuş ramalı şpanqoutlardan və sıx qoyulmuş uzununa bort tirlə­rindən ibarətdir.
Ramalı şpanqoutlar, florlar və ramalı bimslərlə birlikdə korpusun eninə bərkliyini təmin edən möhkəm şpanqout ramasını təşkil edirlər.
Göyərtəaltı yığım – Eninə sistemdə o bimslərdən və karlinqslərdən ibarətdir.
Bimslər baş istiqamətin tirləri olub, hər şpanqoutun üs­tündə qoyulur və knitsalarla ona bərkidilir. Karlinqslər gəmi­nin uzunluğu boyunca gedir və bimslərin gərginliyini uzununa arakəsmələrə və pillers­lərə verir – göyərtələrdə böyük kəsik­lərin künclə­rində və ya ağır mexa­nizm­lərin altında qoyulan adətən boruşəkilli kəsik ver­tikal dayaqdır. Onları karlinqslərin bimslərlə kə­sişdiyi yerdə qoyurlar (şək. 20).
Bort ilə yük lyu­ku­nun kominqsi arasında knitsalarla bərkidilmiş ya­rım­bimslər qoyulur.

Şəkil 21. Uzununa yığım sistemində gəminin göyərtə örtüsü; 1) kkarlinqs;
2) göyərtə altı bərklik qabırğaları;
3) ramalı bims; 4) ramalı bimsin divarlarının bərklik dayağı;
5) Karlinqsin bərkilik zonası;
6) Karlinqsin bərklik dayağı;
7) göyərtənin döşəməsi
Uzununa sistemdə gö­yərtə yığımı (şək.21) baş istiqa­mətin tirləri olan bərkliyin uzununa göyərtəaltı qa­bır­qalarından ibarətdir. Onla­rın arasındakı məsafə dib qabırqalarının arasın­dakı məsafəyə bərabərdir. Gö­yər­təaltı bərklik qabır­qa­ları ramalı bimslərə (ya­rım bimslərə) və eninə arakəsmələrə dirənir.
Onların vertikal da­yaqları aşağı ucu ilə dib tirinə söykənir, yuxarıdan isə göyərtəaltı tirin təz­yi­qini alır.
Böyük tankerlərdə iki uzununa arakəsmə olar­­sa, dia­metral müstə­vi­də güclü göyərtəaltı tir qoyulur – qaytarma təbə­qəsi, hansı ki, bu halda karlinqs olur (bax şək.21).



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin