Sərnişin gəmiləri


Falşbort və leyer çəpərləməsi



Yüklə 163,7 Kb.
səhifə15/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   11   12   13   14   15   16   17   18   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Falşbort və leyer çəpərləməsi – Sərnişinlərin, ekipajın və göyərtə yükünün bortdan yıxılmasının qarşısını almaq üçün bütün açıq göyərtələrin falşbortu və ya leyer çəpərləməsi olur.
Falşbort – ştorm zamanı suyun tökülməsinə mane olan aşağıda yerləşdirilmiş göyərtələrdə qoyulur. Falşbort həmçinin göyərtə yükünü dalğalardan müdafiə edir, ona görə də tez-tez göyərtə yükünü daşıyan gəmilərdə məsələn: lesovozlarda falş- bortu möhkəm və hündür edirlər.
Falşbort (şək.25) qalın­lığı 4-7mm və hündürlüyü 1,1 m-dən az olmayan (uzun­luğu 40m-dən çox olan gəmi­lərdə) bort örtüyünün qurşa­ğından ibarətdir. O hər iki-üç şpasiyadan bir qoyulan da­yaq­ların (kontroforsların) da­xili tərəfindən bərki­dilir. Falş­bortun dalğaların zər­bə­sinə davam gətirməsi üçün kontroforsları, onların bərk­liyini artırmaq məqsədi ilə pro­filli poladdan və ya qıraq­ları bükülmüş təbəqəli po­laddan düzəl­dirlər. Falşbor­tun bərkliyini artırmaq üçün onun dayaq­larının arasında bəzən qabırqalar qaynadırlar. Onun yuxarı kənarına zolaqlı və yaxud xüsusi profilli poladdan planşir bərkidirlər. Sərnişin gəmilərində plan­şirin üstünü taxta dirəklə örtürlər.
Ştorm zamanı göyərtəyə tökülən suyun bortan kənara axması üçün falşbortda böyük kəsiklər ştorm portikləri düzəl­dirlər. Möhkəm bərkitmə zamanı şirstrekə konstruksiyanın neytral oxundan ən çox uzaqda olan falşbortda çatlayışların başlanmasına gətirə bilən böyük gərginliklər meydana gəlir. Bu çatlayışların borta və göyərtəyə yayılması böyük qəzaya gətirə bilər. Falşbortu gəminin ümumi əyriliyində iştirak etməsini xaric etmək üçün onu tez-tez ancaq dayaqlara bərkidirlər. Bu halda onun və şirstrekin arasında eni 100mm-ə yaxın, ştorm portiklərini əvəz edən yarıq saxlayırlar. Başqa konstruk­siya­larda həmin məqsəd üçün vertikal kəsiklər və yaxud falşbortun ayrı-ayrı təbəqələrinin arasında sürüşən birləşmələr düzəldirlər.
Leyer çəpərləməsi – hündürlükdə yerləşdirilən göyərtə­lərdə və tankerlərdə düzəldilir. Yuxarı göyərtələrə dalğalar az dəyirlər, tankerlərdə isə suüstü bortun kiçik hündürlüyündə əksinə yük göyərtəsinə güclü su dolur. Leyer çəpərləməsi bu halda suyun bortdan tez kənara axmasına kömək edir.
Şəkil 25. Falşbort: 1) falşbortun kontroforsu və yaxud dayağı;
2) falşbort; 3) Planşir; 4) Bərklik dayaqları

Leyer çəpərləməsi bir-birinə bərk dartılmış polad tros­larla (leyer­lər­lə) və ya­xud zəncirlərlə birləş­di­rilmiş vertikal da­yaqlardan (gəmi­nin uzun­luğu 10 metr və artıq olarsa, hündürlüyü ən azı 1,2m) ibarətdir. Lakin tez-tez leyer dayaqları bir-birinə relinqlər adlanan dairə kəsikli üç-dörd cərgəli üfüqü polad çubuqlarla bir­ləşdirilir. Vertikal üzrə onların və yaxud leyerlərin ara­sındakı məsafə sərnişin gəmilərində 230mm-dən, yük gəmilərində isə 300mm-dən yuxarı olmamalıdır. Xilasedici şlyupkalar və yanalma (швартовка) quruluşlarının yerləşdiyi yerlərdə leyer çəpərlənməsi çıxarılıb, taxılan və yaxud qatlanan düzəldilir.





Şəkil 26. Bakda kozırek: 1) Bak;
2) Kozırek; 3) falşbort; 4) Leyer çəpərlənməsi; 5) Yuxarı göyərtə.
Göyərtə strinqerinin künyəsi (угольник) adətən suyun ştorm portiklərindən xaric olunmasına mane ol­duğu üçün su­yun göyər­tə­dən bortdan kənara tama­milə axması üçün şpi­qatlar düzəldilir – gəminin göyərtəsindən suyun tökül­məsi üçün bortlarda və falş­bortlarda açılmış dəliklər. Elə şpiqatlar var ki, onların künyələrini kəsmək lazım gəl­mir, suyu qol boru (пат­рубок) ilə aparırlar. Bims­lərin əyriliyi həmçinin suyun bortlara tərəf ax­ma­sına kö­mək edir. Bakın gö­yərtəsinə suyun tökül­məsini azaltmaq üçün açıq göyər­tənin səviyyəsində yuxarı xarici örtüyün davamı olan günlük (козырек) düzəl­dirlər (şək.26).



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin