Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə50/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   46   47   48   49   50   51   52   53   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

25. Lyuk örtmələri

Öz konstruk­si­ya­sına görə lyuk ört­mələri çıxarılan, çə­kilən, yığı­lan və s. ola bilərlər. Lyuk ört­mələrinin ən sa­də tipi su burax­ma­maq üçün brezent ilə ör­tülən taxta lyuçin­lər­dən ibarət çıxarılan örtmədir (şək.­69). Ört­­mənin bu cür tipi kiçik gəmilərdə isti­fadə olunur və köhnə qu­ruluşlu bir çox böyük gə­milərdə də qalmaq­da­dır.





Şəkil 68. Elektrohidravlik yük kranı:
1-özül; 2-dönən platforma; 3-qaldırma mexanizmi; 4-oxun şıxmasının dəyişmə mexanizmi;5-kolonna; 6-ox; 7-idarə kabinası; 8-dönmənin mexanizmi
Bu cür örtmənin nöq­sanı böyük ölçülü lyuklarda ondan istifadə etmək etibarsızdır, belə ki, ştorm ərzində bre­zent qopa bilər və yaxud dağılar.
Hal-hazırda dəniz gəmiləri istismar olunar­kən olduqca etibarlı və rahat mexanikləşdirilmiş lyuk örtmələri ilə təchiz olunmuşdur.
Çəkilən örtmələr ən çox istifadə olunur. Bu cür örtmənin kons­truksiyalarından birisi Mak-Qreqora sistemidir (şək.70a). Örtmə, qısa zəncirlərlə bir-birinə bir­ləş­dirilmiş beş polad seksiyadan ibarətdir. Hər seksiyanın yan tə­rəf­lərdən lyukun uzun­luğu boyunca kominqs üzrə hərəkət edən iki-iki aparıcı roliki və bir-bir orta roliki olur (şək.70v). Seksiyalar yük leb­yodkasının (şək.70b) ötürücüsünün trosu vasitəsilə hərəkət edirlər.
Örtmənin suburaxmamasını təmin etmək üçün seksiyanın oyuğunda qoyulmuş yumşaq rezinlə sıxlaşdırılır.



Şəkil 69. Çıxarılan taxta lyuçinlərlə lyuk örtməsi. 1- çıxarılan bims; 2- lyuçinlər;
3-bims üçün yuva;
4- lyukun kominqsi;
5-klin; 6-sıxılma şinası; 7-brezent; 8-ştorm şinası; 9-talpen




Şəkil 70. Mak-Qreqor sisteminin çəkilən lyuk örtməsi: a- ümumi görünüş; b-lyukun açılma və bağlanma sxemi; v-ayrı seksiyanın sxemi; 1-lyukun kominqsi; 2-buynuz; 3-istiqamətverici qabırğalar;
4-yük budkası; 5-örtmənin birinci seksiyası; 6-lebyodqaya tros;
7-örtmənin sonuncu seksiyası; 8-yan bərkidici; 9-yuxarı bərkidici; 10-aparıcı rolik; 11-birləşdirici zəncir; 12-orta rolik; 13-konifas blok

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin