Xallen sisteminin iki topenantlı yük oxu (şək.63). İndiki gəmilərdə mexanikləşdirilmiş oxlar geniş istifadə olunur. Nəninki yükün qaldırılması və endirilməsi, həmçinin oxun döndərilməsi və onun xaricə çıxmasının dəyişməsi xüsusi mexanizmlərin köməyi ilə həyata keçirilir. Beləliklə yük işlərinin məhsuldarlığı olduqca artır.
Şəkil 63. Xallen sisteminin iki topenantlı yük oxu;1- topenant lebyodkası; 2- dor; 3- kronşteyn; 4- topenantin yuxarı istiqamətverici bloku; 5-topenant; 6-yük bloku; 7-yük qarmağı; 8-ox; 9-yük lebyodkası; 10-topenantın aşağı istiqamətverici bloku; 11-salinq
Xallen sistemli oxun buazları olmur, lakin oxun nokuna bərkidilmiş və istiqamətverici bloklarla iki topenant lebyodkalarına keçirilmiş iki topenantla təchiz olunur. Oxun böyük bucaq altında dönməsini və onun çıxış vəziyyətinə qayıtmasını təmin etmək üçün dorda uclarına topenant blokları və topenantlara istiqamət verən xüsusi kronşteyn bərkidilmiş enli salinq olur.
Hər iki topenant lebyodkaları qoşalanmış bir kontrollu ilə idarə olunur.
Hər iki lebyodka müntəzəm və müxtəlif tərəflərə fırlanarkən ox üfüqü müstəvidə dönür, müntəzəm və birtərəfli fırlanmada ox qalxır və yaxud enir qeyri müntəzəm fırlanmada-ox qalxmaq və yaxud enmək ilə bərabər eyni zamanda dönür. Oxun bortdan borta maksimal dönmə bucağı 160-yə yaxın olur.
Şkentli yük ilə qaldırıb və endirmək üçün üçüncü lebyodkadan istifadə olunur, yük üçün ayrıca kontrolçu idarə edir. Bu tipli oxların bir neçə modifikasiyaları olur yüngül və ağır yüklü.
Ağıryüklü oxun konstruksiyası onunla fərqlənir ki, ox keçirmə şkiv və yük qiniləri ilə, sadə topenantların əvəzinə isə topenant-talilər istifadə olunur.
Ştyulken sisteminin iki topenantlı aşırılma ağır yüklü oxu(şək.64).
Adi oxlardan fərqli olaraq bu ox iki qonşu lyuklara xidmət edə bilər. Onun qurulması üçün bortlara tərəf adətən bir az mail yerləşdirilmiş iki masssiv vantsız yük kolonnaları olmalıdır. Kolonnalar yuxarıdan blokları bağlamaq üçün xüsusi döndərici başlıqlarla qurtarırlar.
Ox, tərpənməz blokları kolonnaların döndərici başlıqlarına bərkidilmiş, hərəkət doparları isə iki topenantlı lebyodkalara gedən iki topenanttalilərlə təchiz edilmişdir.
Yükü qaldırıb və endirmək üçün ikiqat yoğun yük talilərdən istifadə olunur.
Onların hərəkət loprları oxun nokunun bloklarından kolonnaların döndərici başlıqlarındakı bloklardan keçir cə sinxron işləyən iki yük lebyodkalarına gedir.
Döndərici başlıqların yük kolonnalarında və xüsusi vertlyuqların oxun nokunda olması heç bir takelaj işləri aparmayan oxun bir lyukdan başqasına aşırılmasına imkan verir. Yürüş zamanı ox kolonnaların yuxarı hissəsində iki konsolların arasında vertikal vəziyyətdə bərkidilir.
Oxşar aşırılma oxların yük ağırlığı 150-200t, bəzi hallarda isə 300t-a qədər olur. Onları gəmilərdə xüsusən ağır yüklərin daşınması üçün təxsis edilmiş yerlərdə qururlar.
Şəkil 64. Şpulkenin sisteminin aşırılmış ağır yüklü oxu. 1,2-kolonnaları; 3,4-kolonnanın döndərici başlıqları; 5,6-topenant-talilər; 7-ikiqat yolun yük talilər