Oxun ipləri. Oxları lazım olan vəziyyətdə qoymaq və yük əməliyyatlarını yerinə yetirmək üçün qaçan takelaj adlanan polad yumşaq troslarla təchiz edilirlər. Qaçan takelajın əsas trosları topenant, dartıcı iplər və yük şkentelidir.
Topenantın vəzifəsi nokun oxunu müəyyən hündürlükdə qoymaq və onun əyilmə bucağını dəyişməkdir. Topenant əas ucu ilə nokun yuxarı halqasına bərkidilir, dorda və yaxud salinqdə olan istiqamətverici blokdan keçir və aşağı göyərtəyə gedib, orada möhkəm bərkidilir.
Topenantın aşağı hərəkət edən ipinin bərkidilməsi müxtəlif üsullarla həyata keçirilə bilər. Ən sadə halda topenantın ucunda üçbucaq halqa olur, ona zəncir parçası və möhkəm tros-lopar bərkidilir. Loparı yük lebyodkasının turaçkasına salırlar və onun köməyi ilə lazım olan vəziyyətə qaldırırlar, bundan sonra zənciri göyərtənin halqasına bənd ilə bərkidirlər, loparı isə turaçkadan çıxarıb, buynuza (утка) bərkidirlər.
Bəzən zəncir stoporunun əvəzinə metal sıxmadan istifadə edirlər: topenantın loparına bir-birindən eyni məsafədə həmişəlik bir neçə sıxmalar bərkidilir, trosun aşağı hissəsində isə trosu sıxma ilə birlikdə qoymaq üçün xüsusi yuva olur.
Bu məqsəd üçün topenantın hərəkət loparına həmişəlik bərkidilmiş xüsusi çarx uyğundur. (bax. şək. 60b). Çarx yük lebyodkası vasitəsilə hərəkətə gətirilə bilər: bu halda onun valda iki barabanı olur; onların birinə tpenant sarılır, o birinə isə sərbəst ucu lebyodkanın turaçkasına sarılmış kiçik trosdur (свистов). Çarx, tormozlanmaq üçün dilçəkli quruluş ilə təmin olunmuşdur. Yeni gəmilərdə topenant çarxlarını çox vaxtı sərbəst elektrik ötürücüsü ilə (topenant lebyodkaları) düzəldirlər və yaxud onların əvəzinə yük lebyodkalarında ayırıcı mufta ilə işə salmaq və dayandırmaq üçün əlavə topenant barabanı nəzərdə tutulur. Topenant çarxının və ya barabanın istifadə olunması oxu yüksüz lazım olan vəziyyətdə tez və raht qoymağa imkan verir və topenantın möhkəm saxlanmasını təmin edir.
Burazlar (dartıcı iplər) oxu üfüqü istiqamətdə döndərmək və həmçinin hərəkətsiz vəziyyətdə bağlamaq üçün istifadə olunur. O, oxun nokunun hər iki tərəfindən yan halqalarına bərkidilir. Hər buraz polad trosdan – mantıldan və ona bağlanmış, əsası göyərtə tros olan talilərdən ibarətdir. Talilərin aşağı bloku göyərtə halqasına, hərəkətdə olan tros isə göyərtə halqasından keçib, falşbortda olan buynuza bərkidilir.
Yük şkenteli yükü qaldırmaq və aşağı salmaq üçün istifadə olunan polad trosdur. Şkentelin bir ucu lebyodkanın barabanına bərkidilir, o birisi isə oxun istiqamətver-ici blokundan keçib, yükün asıldığı yük qarmağında qurtarır. Şkentelin iş zamanı burulmaması üçün, qarmaq, vertlyuq vasitəsilə ona bərkidilir, onun şkentelə boşalmaması üçün isə əls ağırlıq ilə təmin olunur.