19. Yedək (buksir) quruluşu
Həmişə yedəkləmə ilə məşğul olan yedəklərin, həmçinin buzqıranların və bəzən başqa gəmiləri yedəkləməyə məcbur olan buzqıranların yedək quruluşları olur. Onların tros ilə birlikdə xüsusi yedək lebyodkası, qakları, yedək tağları, yedək klyuzları və yaxud nov plankası olur. Nəqliyyat gəmilərinin yedək trosunu bərkitmək üçün burun və kormada az müddətli yedək üçün hesablanmış güclü knextlərlə və bitenqlərlə təmin olunurlar. Nəqliyyat gəmilərinin uzun müddətə və ya avariya yedəkləməsində trosları yük lyuklarının komintellərinə, üst hissənin əsasına, lövbər zəncirlərinə və yaxud korpusun ətrafına yedək ipi vasitəsilə bağlayırlar.
Dənizdə dalğa olarkən yedəkləməni ancaq uzun yedək trosu ilə edirlər, çünki o öz xüsusi ağırlığı ilə asılı qalır və bununla güclü dartılmanı yüngülləşdirir.
Uzun və qısa troslarla kilvator yükləməsindən başqa çaylarda, göllərdə və limanlarda yüklənməni laqla (yan-yana) və ya itələməklə həyata keçirirlər.
Yedək qarmaqları (гаки) (şək.58) yedək troslarını bağlamaq üçün istifadə edilir. Onlar gəminin orta hissəsinə yaxın yerdə yerləşdirilir və yedək qövsünə bərkidilir, gəminin kursu dəyişərkən yedəyin manevrini yaxşılaşdırır. Qarmaqlar sadə omortizatorlarla və onlarsız, həmçinin tez verən: yarımavtomatik və avtomatik olurlar. Yaylı omortizatorlar dartılmanı yüngülləşdirir, trosun qırılmasının ehtimalını azaldır. Sadə qarmaqların böyük nöqsanları var: onlardan trosu tez vermək olmaz, trosu verməmişdən qabaq onu hələ-həlbət boşaltmaq lazımdır. Yedək trosunu tez vermək üçün müxtəlif tez verən yarımavtomatik və avtomatik qarmaqlardan istifadə edirlər. Yarımavtomatik qarmaqlar trosu lazım gələrsə gəminin körpüsündən verə bilərlər. Avtomatik qarmaqlar yedəyi qabaqcadan nəzərdə tutulmuş kren bucağına qoyulandan sonra insanın iştirakı olmadan trosu verə bilərlər.
Şəkil 58. Yedək qarmaqları a-adi; b-yarımavtomatik
Bəzi yedəklərdə iki yedək qarmaqları qurulur.
Dənizdə güclü dalğa zamanı yedəkləmə olarsa, yedək trosunun dartılması elə güclü olur ki, qarmaqda olan omortizatorlar bunun öhdəsindən gələ bilmirlər və bunun nəticəsində tros qırılır. Ona görə də dəniz yedəkləri yedək lobyodkaları ilə təmin olunurlar və onlarda olan avtomatın vasitəsilə trosun dartılmasını nizamlaşdırırlar. Dartılmada trosun gərilmə qabiliyyəti onun üçün təyin olunmuş gərginlikdən artıq olsa, lebyodka trosu boşaldır, boşluq əmələ gələrsə yığır. Beləliklə yedək trosunun qırılma təhlükəsi azalır. Bundan başqa yedək lebyodkası, yedək trosunun yığılıb-verilməsinin işini yüngülləşdirir. Buna görə də o, trosun barabanının rəvan şlaqlarla yığılmasını təmin edən trosyığan ilə təmin olunur.
İnsanları və mexanizmləri trosdan zədələnməsinin qarşısını almaq üçün korma göyərtəsində yedək tağları düzəldirlər. Onlar falşbortlara bərkidilmiş əyri polad tirlərdir və yedəkləmə zamanı yedək trosunu saxlamaq üçün istifadə olunur. Tağın (арка) hündürlüyü qarmaqdan kormaya tərəf azalır. Trosun yan tərəfə hərəkətini məhdudlaşdırmaq üçün böyük yedəklərdə kormanın falşbortunda yedək klyuzları və ya nov plankaları olur.
Dostları ilə paylaş: |