Sərnişin gəmiləri


Yanalma (Швартовка) quruluşu



Yüklə 163,7 Kb.
səhifə36/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   32   33   34   35   36   37   38   39   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

17. Yanalma (Швартовка) quruluşu

Gəmi körpüdə və yaxud başqa gəminin bortunda daya­narkən onu şvartovlar adlanan polad, göyərti və yaxud sintezli troslarla bağlayırlar. Şvartovları bağlamaq üçün köpü­lərdə tumbalar olur. Bu tumbalara şvartov trosunun halqası (OQON) keçirilir. Onun o biri ucu knextə bağlanılır. Knext­lərdən başqa gəmidə yanalma quruluşuna klyuzlar, hov plan­kaları, roulslar, polad trosları saxlamaq üçün çarxlar, leb­yodkalar, braşpillər, şpillər və başqa mexanizmlər aiddir: sto­porlar, kraneslər və s.


Körpünün yanında dayanarkən istiqaməti və bərkitmə yerindən asılı olaraq bir neçə şvartovlar (şək.51) qoyurlar. Polad troslar çarxlara dolaşdırılıb saxlanılır; göyərti trosları və suni liflərdən düzəldilmiş şvartovlar taxta kürsülərə yığılmış böyük buxtalara qoyulur. Troslar parusin çexollarla örtülür. Şvartovları gəminin bortuna sürtülməsindən qorumaq üçün şvartov klyuzları və nov plakanlarından istifadə edirlər. Onların adları aşağıdakılardır:
uzununa burun ipi (носовой продольный 6)
uzununa korma ipi (кормовой продольный 1)
burun şprinqi (носовой шпринг 4)
korma şprinqi (кормовой шпринг 3)
burun sıxılma ipi (носовой прижимной 5)
korma sıxılma ipi (кормовой прижимной 2).
Şəkil 51. Şvartov iplərinin sxeması

Şvartovların uzunluğu, qalınlığı və sayı gəminin ölçü­lərindən və dayanacağın şəraitlərindən asılıdır.


Polad troslar çarxlara dolaşdırılıb saxlanılır; göyərtə trosları və suni liflərdən düzəldilmiş şvartovlar taxta kürsülərə yığılmış böyük buxtalara qoyulur. Troslar parusin çexollarla örtülür.
Şvartovları gəminin bortuna sürtülməsindən qorumaq üçün şvartov klyuzları və nov plakanlarından istifadə edirlər.
Klyuz. – falşbortda massiv çuqundan emal olunmuş kə­sik yerdən ibarətdir. Onun trosunun qırılmaqdan və sürtün­mə­dən qorunması üçün hamar girdələşdirilmiş qıraqları olur (şək.52).
Nov plakanları falşbort olmayan yerdə və burun kozır­yokunda klyuzlarda olduğu kimi həmin məqsəd üçün qoyulur. Nov plakanları çuqundan düzəldilir bir, iki və yaxud üç roulsdan olur. Roulslar fırlanırlar, ona görə də trosun nov plan-kasına olan sürtünməsi azalır.



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin