Patentli bəndlər (şək.47) zəncirin istənilən halqasına qoyula bilər, bu onun, yəni zəncirin qırılmasının qabağını alar.
Lövbər zəncirinin uzunluğu 300 metrəyə qədər, yəni 12 zəncir parçası (12 смычка) kalibri isə 12-dən 90mm-ə qədər olur. Zəncirin lövbər və əsas zəncir parçasında sarınmasının qarşısını almaq üçün iki güclü halqalardan ibarət olan midvər (вертлюг) qoyurlar. Birinci zəncir parçasının birinci halqası lövbərin bəndinə, əsas zəncir parçasının sonuncu halqası isə qlaqolkakın vasitəsilə kiçik zəncir parçasından ibarət olan jvakaqalsa bərkidilir (şək.48). Zəncirin suya boşalmasının uzunluğunu yoxlamaq üçün hər zəncir parçasının əvvəlində və sonunda parçasının sıra nömrəsini göstərən markalama olur. Zəncirlərin nöqsanları ciddi qəzanın səbəbi ola bilər, ona görə də onlara daima qulluq və nəzarət etmək lazımdır.
Şəkil 48.Midvər (vertlyuk) Lövbər zəncirlərinin stoporları. Braşpilin lentli stoporundan başqa hər zəncir braşpil ilə lövbər klyuzu arasında qoyulan göyərtə stoporu ilə təmin olunur. Dəniz gəmilərində əsas etibarilə vintli və örtük pallı stoporlar istifadə olunur.
Şəkil 49.Vintli stopor Göyərtə stoporundan başqa hər zəncirin əlavə zəncir stoporu olur. Göyərtə və zəncir stoprlarını əsas etibarilə zənciri yürüş üçün bərkidərkən istifadə edirlər.
Lövbərdə dayanarkən zəncir adətən lent stoporu ilə saxlanılır. Vintli stopor (şək.49)-böyük kalibrli zəncirlər üçün istifadə edilir.
Örtük pallı stopor (şək.50). Kalibri 70mm və artıq olan lövbər zəncirlərini stoporlamaq üçün istifadə edilir. 45
Şəkil 50. Örtük pallı stopor
Zəncir stoporu göyərtəyə bənd ilə bərkidilmiş kiçik zəncir hissəsidir.
Zəncir yeşiki – forpikdə braşpilin altında lövbər zəncirlərini saxlamaq üçün təsis edilmiş yerdir. Lövbərlərin sayına görə yeşik arakəsmə ilə iki şöbəyə bölünmüşdür. Zəncir yeşiyinə tökülən suyu xaric etmək üçün əl nasosu qoyurlar. Əgər göyərtənin altında hər hansı mənzil olsa, o zaman lövbər zənciri onların üstündən passiv zəncir boruların vasitəsilə keçir. Qruntdan qaldırılan zənciri lildən və gildən təmizləmək üçün lövbər klyuzlarında və ya bakın göyərtəsində suyu vermək üçün çıxıntılar qoyulur.