Şəkil 52. Nov plankaları a) adi; b) bitenqlə; v) bir rouls ilə;
q) iki rouls ilə
Şəkil 53. Knextlər
Knextlər (şək.53). Bortlarla və yaxud qaynağın köməyi ilə göyərtəyə möhkəm bərkidilmiş bir cüt polad və yaxud çuqundan ibarət olan içi boş tumbalardır.
Knextlərin altında göyərtənin əlavə bərkidiciləri olur. Yanalma quruluşunun ümumi yerləşməsi (şək.54) göstərilmişdir.
Şvartov ipləri bərkidildikdən sonra gəmi qaydaya görə yanalma mexanizmlərinin köməyi ilə körpüyə çəkilib bərk bağlanır. Burunda bu vəzifəni braşpil, kormada isə şpil yerinə yetirir.
18. Lövbər-şvartov mexanizmləri
Dəniz gəmilərində duruş lövbərlərini qaldırmaq və vermək üçün braşpilin (şək.55) köməyindən istifadə edirlər.
İndiki gəmilərdə mühərrikin tipinə görə braşpillər elektrik və buxarla işləyən olurlar. Bu braşpillər elektrik mühərriki və yaxud buxar maşını vasitəsilə hərəkətə gətirirlər.
Şəkil 54. Gəminin burun hissəsində yan alma qurukuşun un vəziyyəti: 1 və 5 nov plankaları; 2-yedək trosu; 3-şvartov ipləri; 4-şvartov knextləri; 6-buksir knextləri Şəkil 55. Broşpil: a-buxarla işləyən (sxema) 1-elektrik mühərriki; 2- vintli reduktor; 3-dişli çarx; 4-zəncir barabanı (ulduzcuq); 5-lentli stopor; 6-yanalma barabanı (turaçka); 7) yük valı
Braşpil əsas növünə görə güclü lebyodkadır. Onun lövbərləri qaldırmaq və vermək üçün xüsusi mexanizmi var. Braşpilin mühərrikinin işi dişli çarxların sistemi ilə massiv özülün üstündə yerləşən podşipniklərin daxilindəki əsas valı fırlanma hərəkətinə çevirməkdir.
Braşpilin əsas valında, lövbər zəncirini tutmaq üçün simmetrik iki ulduzcuq (звездочки) yerləşdirilmişdir. Hər ulduzcuğun və yaxud zəncir barabanının braşpilin valı ilə birləşməsi və ayrılması üçün qurğusu olur. Bu rolu yumrucuqlu mufta yerinə yetirir.
Lövbəri qaldırmaq üçün müvafiq olan ulduzcuq val ilə birləşdirilir və braşpil işləyərkən lövbər zənciri yığılır. Mühərrik dayanandan sonra lövbəri saxlamaq üçün ulduzcuq lent stoporu ilə sıxılır.
Vint ötürücüsünün dəstəyini fırlatmaqla stopor sıxılır.
Lövbəri vermək üçün lent stoporu ilə əvvəlcədən sıxılan müvafiq zəncir barabanı, val ilə aralanır, dəstəyi fırlatmaqla lent stoporunun gərilməsi zəifləşdirilir və lövbər zənciri lövbərin ağırlığının təsiri ilə boşalmağa başlayır. Lent stoporu zəncirin sürətini nizama salmaq və boşalmanı saxlamaq üçün lazım olur.
Lövbərin qaldırılması əks qaydada icra edilir: ulduzcuğu vala keçirirlər, lent stoporunu boşaldırlar, eyni zamanda braşpili ilə salırlar və lövbər zəncirini yığmağa başlayırlar.
Reqistrin qaydalarına görə hər iki zəncirin lövbərlərlə birlikdə 45m dərinlikdən eyni zamanda yığım sürəti 8m/dəq-dən az, bir lövbərin yığılma sürəti isə 12m/dəq-dən az olmamalıdır.
Braşpil ən çox gərginliyi lövbər torpaqdan ayrılarkən hiss edir.
Lövbərlərlə işləməkdən başqa braşpil gəmi körpüyə yan alarkən istifadə olunur. Bunun üçün əsas və yaxud aralıq valın hər iki uclarında şvartov barabanları – turaçkalar olur. Bunun üçün lent stoporlarının saxladıcı ulduzcuqlarını braşpildən ayırırlar.
Gəmi hərəkətdə olanda da başpilin ulduzcuqları ayrılmalıdır: lövbərlər klyuzlarda lent və əlavə olaraq vint və yaxud zəncir stoporu ilə saxlanılır. Braşpilin idarə olunması və ona qulluq etmək bosmana tapşırılır, lakin onu idarə etməyi hər 1 dərəcəli matros bilməlidir.
Böyük sərnişin gəmilərində və ledokollarda lövbərləri qaldırmaq üçün braşpilin əvəzinə çox vaxt şpillərdən (şək.56) istifadə edirlər.