Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə45/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   41   42   43   44   45   46   47   48   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Ağıryüklü oxların (şək.62) yükqaldırmaların 15, 30, 60t, bəzi hallarda daha yuxarı olur. Oxların konstruksiyasının və təchiz edilməsini bir çox xüsusiyyətləri var. Onların dora olan gərginliyini azaltmaq üçün oxun şporu dora yox, göyərtənin diametral müstəvisində yerləşən xüsusi özülə söykənir. Ox özül ilə vertlyuq və yaxud şara oxşar şarnirlə birləşdirilir.

Şəkil 62.Ağıryüklü şkivli yük oxu: 1-topenant-tali; 3-ox; 4-şkiv;
5- yoğun yük talisi; 6-yoğun yük talilərinin loparı; 7-buraz; 8-oxun özülü
İş prosesində oxun xaricə çıxmasını dəyişmək lazım gəlir, ona görə də topenant, topenant-talilərlə əvəz olunur. Adi şkentelin əvəzinə yük qini (yoğun şkentel tali) qarmağın yerinə isə, olduqca etibarlı və möhkəm bəndlər və yaxud iki buynuzlu qarmaq tətbiq olunur.
Yük qinlərinin hərəkət loparı oxun nokunun yanında keçirmə şkivindən aparılır və sonra onun uzunluğu boyunca yox, dordakı blok ilə, göyərtədəki blok keçirilir və nəhayət lebyodkanın barabanına verilir. Bu cür keçirmə oxun gər­gin­liyini bir qədər azldır. Doru, əgər lazımdırsa çıxarılan ştaqlarla bərkidirlər.
Ağıryüklü oxlara xidmət etmək üçün yüngül oxlarda olduğu kimi adətən həmin lebyodklardan istifadə olunur, belə ki, talilərin şkenteldə və topenantda tətbiq olunması, hərəkət loparının gərginliyini bloklar arasındakı loparların sayına görə mütənasib olaraq azaldır.
Ağıryüklü oxun iş üsulu əsasən tək yüngül oxunun işi ilə oxşardır. Əsas fərq ondadır ki, oxun mailliyini lazım gələrsə bilavasitə yükü keçirərkən dəyişirlər, oxa xidmət üçün isə bir yox, dörd lebyodkadan istifadə edirlər;
-hazır lyukun iki lebyodkası; -yük və topenant talilərinin loparları üçün.
-qonşu lyukların iki lebyodkası; -burazların loparları üçün.
Oxların yürüş üçün yığılması. Yük işləri qurtarandan sonra gəmi dənizə çıxmamışdan qabaq bütün oxları möhkəm bağlayırlar. Yüngül oxları tezliklə üfüqü vəziyyətə qədər aşağı salırlar və onların noklarını göyərtədə xüsusi dayaqların üstündə bərkidirlər. Əgər gəmi göyərtə yükü daşıyırsa, o zaman oxları dora vertikal vəziyyətdə bərkidirlər. Bunun üçün xüsusi buqel nəzərdə tutulur.
Ağıryüklü oxlar həmişə vertikal vəziyyətdə yürüşdə olan kimi bərkidilir, çünki onları bütün yük əməliyyatlarında istifadə etmirlər.
Qaçan takelajı oxların uzunluğu boyunca yaxşıca tarım­laşdırırlar və onları baş-başa bağlayır və yaxud tamamilə götürürlər. Lebyodkaların üstünə çexol örtüb, şterlə bağlayırlar.



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin