Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə41/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   37   38   39   40   41   42   43   44   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

21. Dorlar

Dorların nəqliyyat gəmilərində vəzifəsi yük oxlarını qurmaq, həmçinin antennaları, siqnalları, fərqləndirici işıqları daşımaq, flaq və başqa siqnalları qaldırmaqdır. Yük oxları ol­ma­yan, ancaq siqnal, əlaqə və əlaqə vəsaitlərini daşıyan gəmilərdə yüngül siqnal dorlarını qururlar. Gəmilərin əksəriy­yətinin iki doru olur – burun hissədə (fok doru) və kormada (qrot doru).


Yük oxlarını bərkitmək üçün təxsis edilmiş dorlar po­laddan hazırlanır və müxtəlif konstruksiyalarda olurlar (şək. 59).

Şəkil 59. Yük dorlarının tipləri. A-tək vintli; b-cüt yük kolonnalı;
b -P -şəkilli; q-L –şəkilli; 1-stens; 2-pyatners; 3-salinq; 4-stenqa;
5-klotik; 6-rey; 7-vantlar; 8-talren;9-krasnisa; 10-ventilyatorlu kalonkalar; oxun aşağı ucunun başmağı; 12-yük daxması (tambuçina).


Tək yük doru – gəminin diametral müstəvisində qoyul­muş boruşəkilli kolonnadır. Dorun aşağı hissəsi göyər­tədə olan dəlikdən keçib, ikinci dibin döşəməsinə qədər və yaxud aralıq göyərtələrin birindən keçib, gəmi yığımına qaynaq olunur. Dorun bərkidildiyi yer steps, göyərtədə olan dəlikdən keçən yuva isə pyartners adlanır. Antennaları, işıqları və s. bərk saxlayan dorun yuxarı yüngül hissəsi stenqa adlanır. Stenqa kiçik düz disk ilə qurtarır və klotik adlanır. Klotikdən aşağı stenqada rey qoyulmuşdur.
Oxların bortdan kənara çıxmasını artırmaq üçün onların aşağı uclarını dorun özündə yox, xüsusi köndələn atılan tirə kraspitsaya bərkidirlər. Kraspitsa ucları ilə iki ventilyator kolonkalarına söykənir. Oxların yuxarı bloklarını bərkitmək üçün dorun yuxarı hissəsində (onun topunda) ikinci köndələn atılan tir – salinq olur. Orada leyerlə çəpərlənmiş meydança düzəldilir, oraya çıxmaq üçün isə dora polad trap və yaxud bənd qaynaqlanır.
Böyük möhkəmlik üçün tək dorları adətən dayanan takelaj adlanan möhkəm polad troslarla aralayırlar. Dayanan takelajın eninə olan trosları vant, uzununa olan troslar isə ştaq adlanır. Vantlar və ştaqlar dora və göyərtəyə qaynaqlanmış halqalara bərkidilir və vintli talreplərlə tarıma çəkilir. Bəzən tək dorların dayanan takelajı olmur. Bu cür vantsız dorlar gəmi istismar olunarkən çox rahatdır, belə ki, oxların sərbəst dönməsinə yol verilir, lakin onlar olduqca böyük və ağırdırlar.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin