Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə40/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   36   37   38   39   40   41   42   43   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Fəsil V. Yük quruluşu


20. Yük quruluşunun vəzifəsi və ümumi məlumatlar

Hal-hazırda dəniz limanları gəmiləri yükləmək və boşalt­maq üçün güclü kranlar, lentli transportyorlar və başqa vəsa­itlərlə təchiz olunmuşlar. Buna baxmayaraq nəqliyyat gəmi­lərinin əksəriyyəti yük əməliyyatlarını həm sərbəst, məsə­lən təchiz olunmamış körpülərdə və yaxud reyddə, həm də yük işlərini sürətləndirmək məqsədilə sahil vasitələri ilə birlikdə hə­yata keçirmək üçün xüsusi yük quruluşları ilə təchiz olu­nur­lar.


Gəmilərdə yük quruluşlarını iki əsas tipləri istifadə olunur: yük oxları (грузовые стрела) və kranlar.
Oxlarda yük quruluşu – dorlara bərkidilmiş yük ox­larından, yük lebyodkalarından və lazım olan tros ipindən (такелаж) ibarətdir.
Quruluş, xüsusi yük rubkalarının yaxınlığında, onlardan burun və kormaya tərəf, belə ki, yük göyərtəsinin öz üstündə yox, xüsusi yük rubkalarının üstündə yerləşən ayrı-ayrı mey­dançalarda və üst hissələrin rostralarında yerləşdirilir: mey­dançalar 2,5-3m göyərtədən yuxarı hündürlükdə olurlar. Belə rubkalar lyukların arasında yerləşdirilir.
Bu yük işlərinin istismar edilməsində bir çox uyğunluq və rahatlıq yaradır: lebyodkada işləyən matrosun görünüş sahəsi yaxşılaşır; lebyodka, göyərtə yükünün yerləşdirilməsinə mane olmur; lyuku bağlayan çıxarılmş qabaqlar rubkanın altında və yaxud üst hissədə olur; lyuklar bağlı olarkən yük ambarlarına düşüb, çıxmaq mümkün olur-rubkalarda olan qapılar və traplar vasitəsi ilə.
Yük oxları yüngül (yükağırlığı 10t-a qədər) və ağır yüklü (60t-a qədər və daha artıq) olurlar. Gəmidə əsas oxlar yüngül olur; onları adətən hər lyuka iki-iki və yaxud dörd-dörd (hər iki tərəfdən cüt-cüt) qoyurlar. Ağır yüklü oxlar qaydaya görə gəmidə bir-iki olur, onlar xüsusilə ağır yükləri yükləyərkən nəzərdə tutulur.
Kranlarda yük quruluşu – lebyodkalar kimi yüksək meydançalarda və yaxud göyərtəyə bərkidilmiş ayrı-ayrı hündür özüllərdə qoyulmuş göyərtə kranlarından ibarətdir. Bu halda bir-birinə qonşu olan lyukların arasında diametral müstəvidə bir və yaxud oxun bortlara tərəf çıxmasını artırmaq üçün daha aralı iki kran qoyulur. Kranlar tam döndəricidirlər, ona görə də hər iki qonşu lyuklarda işləməyə imkan verirlər. Göyərtə kranlarının yükqaldırması adətən 10-20t-dan artıq olmur. Ona görə də kranları olan gəmilərin əksəriyyəti əlavə olaraq lebyodkalı ağır yüklü ox ilə təchiz olunurlar.
Bəzi ixtisaslaşdırılmış gəmilərdə xüsusi platformalarda qurulmuş kranlardan istifadə olunur. Bu kranlar lyukların üstündə gəminin uzunluğu boyunca relslərlə yerlərini dəyişdirə bilərlər; kran həmçinin relslərin eninə istiqamətində hərəkət et-dirilib istənilən bortda bərkidilə bilər.
Yük oxları və kranlar quru yük gəmilərindən başqa digər tipli, məsələn, sərnişin gəmilərində müxtəlif ləvazimatı, baqaj, avtomaşın və maye gəmilərində yük şlanqlarını qurmaq və saxlamaq üçün istifadə olunur.



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin