Sərnişin gəmiləri


П-şəkilli və ya portal (порт) doru



Yüklə 163,7 Kb.
səhifə42/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   38   39   40   41   42   43   44   45   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

П-şəkilli və ya portal (порт) doru – bir-birinə möhkəm şəbəkəli salinqlə birləşdirilmiş iki kolonnadan ibarətdir. Onun üstündə stenqa qoyulur və takelaj ox bərkidilir. Kolonnaların içi boşdur və ventilyasiya boruları kimi istifadə olunur. Onlar vintli və vintsiz ola bilərlər.
Əgər stenqa və ağır ox qoyulmursa, П-şəkilli dorun əvə­zinə konstruksiyasına görə daha sadə cüt yük kolon­na­lardan istifadə olunur.
Böyük möhkəmlik üçün onlar bir-birinə polad troslarla və yaxud talreplə tarımlanmış tir ilə birləşdirilir.
Л-şəkilli və yaxud iki ayaqlı dor – yuxarıdan möhkəm salinqlə bağlanmış oval kəsikli iki mail tirlərdən ibarətdir. Dorun adətən dayanan takelajı olmur, lakin ağır çəkili ox işləyən zaman çıxarılan ştaq ilə bərkidilir.


22. Yük oxları


Yüngül oxların yük ağırlığı 3-5t, daha seyrək 8-10t-a qədər olur. Ox (şək.60) gəminin orta hissəsində diametral artırılmış boru şəkilli polad tirdir. Aşağı hissəsi şpor, yuxarı hissəsi isə nok adlanır. Şpor şarnirlə dora və yaxud üst hissənin vertikal divarına bərkidilir, nok isə topenant vasitəsi ilə saxlanılır. Oxun şporunu bərkitmək üçün (şək.98v) dorda göyərtədən 2-3m hündürlükdə deşikli və dayaqlı başmak 1 qaynaq edilir. Başmağın daxilinə vertikal ox vertilyuq 4 salırlar. Ucunda iki deş-ikli vilkası 2 olan oxun şporu vertlyuqun başına keçirilir və qaykalı bolt 3 ilə bərkidilir. Beləliklə vertlyuqa görə ox sola və sağa dönə bilər, bolta görə isə yuxarı və aşağı.

Şəkil 60. Yüngül yük oxu. a- topenantın zəncirli stoporu ilə;
b- topenantlı çarx ilə; v- oxun şporunun dora bərkidilməsi 1- ox;
2- dor; 3- topenantın bloku; 4-topenant; 5-halqalarla nokun buqeli; 6-buraz (ottyajka); 7-burazın taliləri; 8-yük lebyodkası;
9-topenantın loparı; 10-zəncirli stopor; 11-oxun şporunun başmağı; 12-istiqamətverici blok; 13-yük bloku; 14-yük şkenteli; 15-əks ağırlıq; 16-yük qarmağı; 17-topenantlı çarx

Vertlyuq həmçinin ilməki də (серьги) 5 saxlayır. İlməklə ox ilə birlikdə dönən yük şkentelinin aşağı istiqamətverici bloku bərkidilir. Vertlyuqu bərkitmək üçün onda üzük 4 olur. Bu üzüyə iki stopor boltları salınır.


Oxun nokuna nok buqeli taxılır – başı deşikli, dörd boltu olan massiv halqa. Bəzən halqalar bilavasitə noka qaynaq edilir. Başı halqalı boltlar oxun iplərini və yük şkentelinin yuxarı istiqamətverici blokunu bərkitmək üçün istifadə edilir.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin