Sərnişin gəmiləri



Yüklə 163,7 Kb.
səhifə34/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   30   31   32   33   34   35   36   37   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Admirallıq lövbəri (şək.45a) – böyük saxlama gücünə ma­likdir, konstruksiyasına görə sadə olduğu üçün yelkən gəmilərində geniş istifadə olunardı.


Şəkil 45.Lövbərlərin tipləri: a) admirallıq; b) xolla lövbəri;
v) matrosov lövbəri: 1-vereteno; 2-buynuz; 3-pəncə; 4-lövbər bəndi (skoba); 5) ştok; 6) mil; 7) lövbərin başı; 8) millər

Onun mənfi cəhəti ondadır ki, pəncərələrinin biri qrunta girmir və dayaz girlərdə başqa gəmilər üçün böyük təhlükə yaradır. Ona görə də onlar stop-apker və verp məqsədilə istifadə olunurlar.


Xolla lövbəri (şək.45b) iki böyük detaldan ibarətdir: vereteno və pəncərələr. Bu lövbərin ştoku yoxdur və gəmiyə yığılarkən vereteno klyuza keçir, pəncərələr isə korpusa sıxılır. Bu lövbərin başqa ştoksuz lövbərlərdən fərqi detallarının sayı-nın az və böyük saxlama gücünə malik olmasıdır. Bu lövbərin hər iki pəncərələri qrunta girdiyi üçün dayaz yerlərdə başqa gəmilərin üzməsinə təhlükə törətmir və lövbər zəncirlərinin dolaşma hadisəsi istisna olunur. Xolla lövbəri tez atılması və sadəliklə yığılmasına görə dəniz gəmilərində geniş istifadə olunur.
Matros lövbərlərinin (şək.45v) iki döndərici geniş pəncərəli var. Bir-birinə yaxın olduqları üçün saxlama gücü artır. Çay və kiçik dəniz gəmilərində istifadə olunur.



Şəkil 46. Sadə birləşdirici bənd (skoba) 1) apxa; 2) ax; 3)pə­ncərə (lapka); 4) deşik (göz); 5) öpilka; 6) qurquşun propka
Lövbər zəncirləri kon­troforslarla birlikdə ağır möh­kəm zəncirlərdir. Lövbər uzun­luğu 25-27 m olan zəncir parça­larından (смычка) iba­rət­dir. Zəncir parçaları bir-biri ilə sadə və patentli bəndlərlə (skobalarla) birləş­dirilir.



Şəkil 47. Jvakaqals.
1) qlaqol-qak; 2) lövbər zənciri; 3) jvaka qals
Sadə birləşdirici bənd­­ləri (şək.46) zəncirin klyuzlardan və stoporlardan sərbəst keçməsi üçün arxasını lövbərə tərəf qoyurlar. Bu cür bəndlər kontrforslu zəncir halqasında ol­mur­lar, ona görə də zəncir parçasının uclarına kontr­forssuz qalın və böyük ölçülü zəncir halqaları qo­yurlar. Sonuncu zəncir hal­qasının yanında adi halqalara sər­bəst ke­çir­mək üçün güclü halqa qo­yurlar.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin