Yaşayış mənzilləri – bunlar insanların yaşaması üçün bir, iki və dörd yerli kayutlardır. Komanda heyyətinin kayutları adətən əsas üst hissənin yuxarı yaruslarında, komandanın kayutları isə aşağı yaruslarda yerləşir. Böyük gəmilərdə ekipajın kayutları bir nəfərlik olur. Baş komanda heyyətinin kayutları bəzən blokdan ibarət olur: kabinet, yataq otağı və sanuzel.
Kayutların avadanlığı bir və yaxud iki yaruslu koykadan, divandan, stoldan, stullardan, müxtəlif rəflərdən, paltar şkafından, əlüzyuyandan, güzgüdən və s. ibarətdir. Bütün kayutların ilyuminatordan və ya pəncərələrdən təbii işıqlandırması olur. Onlar isitmə sistemi, ventilyasiya və ya kondisioner, radio ilə təchiz olunmuşdur, bəzilərində isə telefonlar qoyulmuşdur.
İnsanları çox olan gəmilərdə, məsələn sərnişin gəmilərində kayutları nəinki üst hissədə hətta yük vaterliniyasından aşağı olmamaq şərtilə əsas korpusun aşağı göyərtələrində də yerləşdirirlər. Yerləşdirilməsi, sahəsi və avadanlığına görə sərnişin gəmiləri bölünürlər: “lyuks”, 1-ci və turist sinifli (ibtidai qurulan gəmilərdə turist əvəzinə 2-ci və 3-cü siniflər). Yerli yollarda işləyən sərnişin gəmilərində oturmaq üçün mənzillər olur.
İctimai mənzillər – ekipaj və sərnişinlər üçün müxtəlif ümumi gəmi tədbirləri aparmaq, yeyinti və istirahət etmək üçün istifadə olunurlar. Bu mənzillərə kayut-kompaniya, yeməkxana, qızıl guşə, kitabxana, idman zalı, üzmə hövzəsi və s. daxildir. Az ekipajı olan gəmilərdə filmləri və başqa ictimai işləri adətən yeməkxanada keçirirlər.
Sərnişin gəmiləridə həmçinin restoranlar, kafelər, barlar, kinokonsert zalları, müsiqi salonları, qiraətxana, oyun otaqları, açıq idman və rəqs meydançaları, gəzinti göyərtələri və verandaları, üzmə hövzələri də ictimai mənzillərə aiddir.
Tibb mənzilləri – bunlara ambulatoriya, izolyator, stasionar, aptek, xüsusi kabinetlər (diş müalicə kabineti, rentgen) ayrıca sanuzel (vanna, üzyuyan, tualet) aiddir.
Təsərrüfat mənzilləri – bunlar yeyinti mənzilləridir: kambuz, çörəkxana, bufet, qab-qacaq yuyulan yer; ərzaq, yeməkxana ağları və qab-qacaq ambarları; sərnişinləri təmin etmək üçün məişət mənzilləri; poçt, bərbərxana, saxlama kamerası, müxtəlif kiosklar və atelye.