Sərnişin gəmiləri


Şəkil 38. Bölmələrin, göyərtələrin və mənzillərin əsas qruplarının yerləşdirilməsi: a-tankerdə; b- sərnişin gəmisində: Bölmələr



Yüklə 163,7 Kb.
səhifə24/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   20   21   22   23   24   25   26   27   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Şəkil 38. Bölmələrin, göyərtələrin və mənzillərin əsas qruplarının yerləşdirilməsi: a-tankerdə; b- sərnişin gəmisində: Bölmələr; I) uclar; II) yük bölmələri; III) ikinci dibin bölmələri; IV) diptanklar; V) gəmi mexanizmlərinin bölmələri VI) bölücü bölmələr (koffer­damlar).
Göyərtələr: 1) yuxarı körpü; 2) hərəkət körpüsü; 3) şlyunka göyərtəsi; 4) II platforma; 5) I yarusun (bakin, yumun göyərtəsi) üst hissəsinin göyərtəsi; 6) yuxarı göyərtə; 7) I platforma; 8) İkinci dib; 9) II yarusun üst hissəsinin göyərtəsi (gəzinti göyərtəsi); 10) ikinci göyərtə (arakəsmələrin göyərtəsi); 11) üşüncü göyərtə.


12. Yük ambarları, gəmi ehtiyyatları və ballast şöbələri


Quru yük gəmilərinin yük ambarları – Bu gəmilərin adətən bir-iki tvindeki olur (şək.39). Kiçik gəmilərin ambarları tvindeksiz düzəldilir. Hər ambarda bortlar boyunca “lyal” və yaxud “korma” arakəsməsinin yanında ikinci dibin döşəmə­sində dərinliklər olur (yığım quyuları – колодцы). Onlar qu­rutma sisteminin qəbulediciləri ilə təmin olunmuş və vəzifələri ambarda korpus tərləyən zaman yığılan suyu qəbul etməkdir.


Şəkil 39. Quru yük gəmilərinin en kəsikləri:
a) tvindeklərlə;b) tvindeklərlə və cüt lyuklarla;

  1. Tvindek; 2) ambar; 3) ikinci ibin bölmələri; 4) boru kəmərinin tuneli; 5) lyallar (gəmi ambarinda su yığılan yer); 6) uzununa arakəsmə

Yükün korpusu zədələnməməsi və nəm konstruksiyalara dəyib, xarab olmaması üçün ambarları taxta ilə örtürlər. Əgər gəmi buğda daşımaq üçün istifadə olunarsa, o zaman ambarların yuxarı yarısında çıxarıla bilən (съемные) uzununa arakəsmələr (şiftinqbordslar) qoyurlar. Onlar yırğalanma zamanı səpilən yükün bir borta keçməsinin qarşısını alır. Yük olmayanda onları bort boyunca bağlayırlar. Şiftinq-bordsların qoyulması olduqca çox vaxt tələb edir. Ona görə də tez-tez səpinti yükləri daşıyan gəmilər diametral müstəvidə uzununa arakəsmələrlə təchiz olunurlar. Bu halda yük əməliyyatını rahat etmək üçün yük lyuklarını göyərtənin eninə açılması ilə cüt-cüt düzəldirlər.


Adamların keçməsini təmin etmək üçün ambarları trap­larla təmin edirlər. İndiki gəmilərdə yük lyuklarının arasında rub­kalar olur, ona görə də yük lyukunu açmadan keçmək müm­kün olur.
Bütün ambarlar ventilyasiya, avtomatik yanğın siqnali­zasiyası, lyalların ölçü trubkaları və həmçinin ambarda havanın tərkibini və temperaturasını, lyallarda suyun vəziyyətini kontrol edən distansiyalı cihazlarla təchiz olunmuşdur. Yük ambarlarının lyukları massiv kominqslərlə çəpərlənmişdir.
Yük ambarlarınn yaxşı vəziyyətdə saxlanılması ekipajın ən vacib vəzifələrindən biridir. Ambarlar vaxtlı-vaxtında pasdan təmizlənməli və rənglənməlidir. Hər dəfə yükü boşaldandan sonra onları zibildən təmizləməli, su ilə yumalı, taxta payolları opilka ilə qurutmaq lazımdır. Lyalların üstü yaxşıca sementləndirilməlidir.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin