Sərnişin gəmiləri


Göyərtələr və göyər­tə­lər arası boşlulqar



Yüklə 163,7 Kb.
səhifə23/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   19   20   21   22   23   24   25   26   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

Göyərtələr və göyər­tə­lər arası boşlulqar-(şək.36).
Gəmi mənzillərinin hün­­dürlüyünə görə yerləş­di­rilməsini göyərtələtin adla­rı­na görə göstərirlər.
Əsas korpusun göyər­tələrinin aşağıdakı adları olur (yuxarıdan aşağı): yuxarı, ikinci, üçüncü və s. (so­nuncu göyərtəni həmçinin aşağı gö­yərtə də adlandırırlar) ikinci dib.
Gəmilərin əksəriyyətində elə göyərtələr var ki, onlar gəminin bütün uzunluğu boyunca və yaxud eninə getmirlər – onlara platformalar deyilir.
Xarici dib ilə ikinci dib arasındakı boşluq ikiqat dib və yaxud diblər arasındakı boşluq adlanır.
İkinci dib ilə ən yaxın göyərtə arasında qalan boşluq ambar (трюм), qalan göyərtələr arasındakı boşluqlar isə tvindeklər adlanırlar.
Üst hissələr və daxmalar göyərtələr vasitəsilə yaruslara bölünürlər və aşağıdan yuxarıya nömrələnirlər. Uyğun olaraq göyərtələr seçilirlər, məsələn: üst hissənin göyərtəsinin 1-ci yarusu (bakın, orta üst hissənin, yutun göyərtəsi), daxmanın 2-ci yarusunun göyərtəsi, rubkanın 3-cü yarusunun göyərtəsi və s. Çox vaxtı göyərtələri onların vəzifələrinə görə adlan­dırırlar. Məsələn: gəzinti, şlyupka, idman, aşağı (hərəkət) kör­püsü, yuxarı (naviqasiya) körpüsü.
Mənzillərin vəziyyətini gəminin uzunluğu boyunca şpanqoutların nömrələrinə görə (nömrələr gəminin burnundan kormasına tərəf), gəminin eninə görə isə bortun adına görə (sol bort, sağ bort) göstərirlər.
Gəmi mənzillərinin ümumi yerləşdirilməsini quru yük gəmisinin korpusunda gözdən keçirək (şək.37).


Şəkil 37. Quru yük gəmisində mənzillərin yerləşdirilməsi: 1)Şkiperin avadanlıq otağı; 2) zəncir yeşiki; 3) forpik; 4) ballast və yanacaq dibtankları; 5) ikinci dibin bölmələri; 6) axterpik; 7) içməli suyun sisternası; 8) rumpel şöbəsi
Əsas korpus suburaxmayan eninə arakəsmələrlə bir neçə şöbələrə bölünmüşdür. İkiqat dib və nəinki gəminin uzunluğu boyunca, həm də eninə görə iki-üç şöbələrə bölünmüşdür.
Sonuncu burun şöbəsi (forpik) ballast qəbul etmək üçün istifadə olunur. Onun yuxarı hissəsində lövbər zəncirini sax­lamaq üçün zəncir yeşiyi və göyərtənin altında kiçik boşluq əmələ gətirən platforma var. Orada avadanlıq üçün şkiper ambarı düzəldilir.
Korpusun əsas hissəsini yük ambarları və tvindeklər tuturlar. Onların yuxarı göyərtədə möhkəm suburaxmayan yük lyukları olur. Energetik quruluş maşın şöbəsində yerləşdirilir. Buradan kormaya tərəf dirsəkli valın tuneli keçir.
Yük və maşın şöbələri olan rayonda diptanklar qoyulur. Onlar bortdan-borta qədər ikinci dibdən yuxarı yerləşdirilən dərin sisternlərdir. Diptanklar və ikinci dibin şöbələri yanacağı, yağı, şirin suyu saxlamaq və ballastı qəbul etmək üçün istifadə olunur. Yanacaq şöbələri su və başqa şöbələrdən uzunluğu bir şpasiya olan və kofferdamlar adlanan boş kontrol şöbələrlə ayrılırlar.
Şirin suyu və yaxud ballastı qəbul etmək üçün korpusun kormadakı sonuncu şöbəsini də (axterpiki) istifadə edirlər. Onun yuxarı hissəsində iki-üç platforma olur. Burada sükan maşını ilə birlikdə rumpel şöbəsi, şirin suyun əlavə sisternləri və gəmi ləvazimatının ambarı yerləşdirilir. Əsas üst hissədə gəmini idarə etmək üçün lazım olan qulluq mənzilləri və ekipajın mənzilləri yerləşdirilir. Bak və yutda olan mənzillər gəmi ambarlarını və müxtəlif köməkçi avadanlığın saxlanması üçün istifadə olunur. Uzadılmış bakda (və ya yutda) yuxarı yük tvindeki qurula bilər.
Quru yük gəmisinin yuxarı göyərtəsində yük lyuklarının arasında adətən hündürlüyü 2,5-3,0 m olan kiçik rubkalar olur. Onların üstündə yük quruluşu qoyulur. Tankerlərdə və sərnişin gəmilərində mənzillərin əsas qruplarının yerləşdirilməsi şək. 38-də göstərilmişdir.



Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin