Sərnişin gəmiləri


Üst hissələr, pubkalar (kabinə) ştevnlər və maşın-qazan fundamentləri (özülləri)



Yüklə 163,7 Kb.
səhifə19/57
tarix02.05.2023
ölçüsü163,7 Kb.
#105724
1   ...   15   16   17   18   19   20   21   22   ...   57
476249671-gemi-qurulus-ve-nezeri-docx

10. Üst hissələr, pubkalar (kabinə) ştevnlər və maşın-qazan fundamentləri (özülləri).


Üst hissələr və rubkalar – Bortdan borta qədər uzanan yuxarı göyərtənin üstündə yerləşən bağlı yerlərə üst hissələr (надстройки) deyilir. Burun üst hissəyə bak, kormaya isə yut deyilir. Orta üst hissənin xüsusi adı yoxdur. Gəminin enindən kiçik eni olan üst hissəyə rubka (kabinə) deyilir, məsələn şturman kabinəsi, sükan rubkası.
Üst hissələr nəinki gəminin şöbələrinin həcmini artırırlar, hətta onun üzmə keyfiyyətini yaxşılaşdırır, üzmə qabiliyyətinin ehtiyatını artırır və suyun göyərtəyə tökülməsini azaldır. Uzun üst hissələr (uzunluğu gəminin uzunluğunun 15%-dən çox) gəminin uzununa bərkliyinin təmin olunmasında iştirak edir, ona görə də onlar bu səbəblərə görə korpus kimi möhkəm olmalıdırlar.
Üst hissələrin və rubkaların göyərtələrinin və bortlarının konstruksiyaları, qalan göyərtələrin və bortların konstruksiya­larına oxşardır. Üst hissənin bort yığımı əsas və aralıqdakı şpanqoutlardan ibarətdir, sonuncuların kiçik profili olur. Əsas şpan- qoutlar hər iki şpasiyadan bir qoyulur və göyərtə strinqerinə bərkidilir. Bimslər şpanqoutlara bərkidilir. Qısa üst hissələrin göyərtə döşəməsinin qalınlığı 8-9mm, korpusun uzununa əyriliyində iştirak edən uzun üst hissənin göyərtəsinin döşəməsinin qalınlığı isə yuxarı göyərtəninki kimidir.
Qısa üst hissələrinin bort örtüyü və arakəsmələrin qalın­lığı əsas korpusa nisbətən azdır. Uzun üst hissələrin bort örtüuyünün yuxarı zonasına əsas korpusun şirstreki kimi baxılır və onun uyğun gələn qalınlığı olmalıdır.
Qarşıdan gələn dalğaların güclü zərbələrini hiss edən sonuncu arakəsmələrin və birinci növbədə orta üst hissəsinin bütün arakəsmələrinə və yutun bərkliyinə xüsusi diqqət yeti­rilir. Bu arakəsmələrin vertikal dayaqları knitsaların vasitəsilə göyərtə döşəməsinə qaynaqlanır.
Üst hissənin bortu əsas korpusa rəvan və pilə-pillə keçir. Bundan başqa üst hissənin kənarlarında üst hissənin və əsas korpusun bort örtüyü qalınlaşır, aralıq şpanqoutların əvəzinə əsaslarını qoyurlar.
Rubkalar bəzən ancaq taxta göyərtə ilə örtülmüş uzununa və eninə arakəsmələrdən olur. Uzun rubkanı gəminin ümumi əyilməsindən xaric etmək və həmçinin ağırlığını azaltmaq üçün onu bir neçə qısa rubkalara bölürlər.
Hal-hazırda rubkaları və üst hissələrini alyuminium-maqnetezium ərintisinin qatışığından edirlər. Bu halda onların ağırlığı olduqca azalır, bərklik isə dəyişmir.

Yüklə 163,7 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin