Arakəsmələr. Gəminin korpusu suburaxmayan eninə arakəsmələrlə şöbələrə bölünür. Onların sayı Reqistrin qaydalarına görə müəyyən olunur. Bu arakəsmələr gəminin batmamaq qabiliyyətini, eninə bərkliyini təmin edir və yanğın zamanı müvəqqəti olaraq odun əngəl törətməsinin qabağını alır.
Dəniz gəmisinin aşağıdakı eninə arakəsmələri olur: forpik və yaxud taran arakəsməsi forştevendən gəminin uzunluğunun 5-10% bərabər məsafədə düzəldilir.
Axterpik arakəsməsi axterştevendən deydvud borusunun uzunluğuna bərabər məsafədə düzəldilir.
Gəminin orta hissəsində maşının yeləşdiyi yerdə maşın şöbəmi üçün iki arakəsmə ayırırlar. Forpik və axterpik arakəsmələrinin məhdudlaşdırdığı sonuncu şöbələr forpik və axterpik adlanırlar.
Yük gəmilərində digər eninə arakəsmələrin sayı minimum olmalıdır; onların arasındakı məsafə 30m-dən artıq olmamalıdır. Sərnişin gəmilərində və tankerlərdə arakəsmələr tez-tez qoyulur.
Yükün axmasının və daşmasının qabağını almaq və ləpəyə dayanıqlığını saxlamaq üçün tankerlərdə uzununa suburaxmayan arakəsmələr qoyurlar.
Forpik arakəsməsi yuxarı göyərtəyə qədər, axterpik arakəsməsi vaterliniyadan yuxarı birinci göyərtəyə qədər, qalan arakəsmələr isə ikinci dibdən baş göyərtəyə qədər çatır.
Arakəsmələrin qalınlığı təxminən xarici örtüyə bərabər olan təbəqəli poladdan qaynaq edirlər. Bərkliyi artırmaq üçün onları vertikal dayaqlarla və yaxud üfüqü qabırqalarla bərkidirlər (şək.28). Taran arakəsməsinin dayaqlarının arasındakı məsafə 600mm, qalan arakəsmələrdə isə 750-900mm olur.
Arakəsmələrin qalınlığını hündürlüklərinə görə müxtəlif edirlər, onu aşağı tərəfə çoxaldırlar, çünki aşağı qurşaqlar suyun təzyiqini çox hiss edir və korroziyaya mail olurlar.
Şəkil 29. Büzmələrin forması: a) trapesiya şəkilli; b) dalğalı; v) Düzbucaqlı
Tankerlərin əksəriyyətinin və hal-hazırda qurulan başqa gəmilərin büzmələnmiş (гофрированные) suburaxmayan arakəsmələri olur. Büzmələr müxtəlif şəkildə olurlar: trapesiya şəkilli, dalğalı, künclü və s. (şək.29).
Büzmələnmiş arakəsmələrin kütləsi az, sadə hazırlanmış, tankların təmizlənmə sini asanlaşdırır, lakin arakəsmənin uzunluğu boyunca qüvvə təsir edərkən bərkliyi olmur, ona görə də onları uzununa arakəsmələrdə üfüqü, eninə arakəsmələrdə isə vertikal vəziyyətdə yerləşdirirlər.