Avarlı valın tuneli. Maşın qurğusu gəminin orta hissəsində yerləşdirilərkən avarlı bal kormada olan yerlərdən (ambarlar və s.) keçir. Yüklərin zədəsindən müdafiə etmək və podşipnikləri yoxlayıb və yağlamağa imkan yaratmağı təmin etmək üçün onu tunel və yaxud avarlı valın koridoru (şək.30) adlanan xüsusi çəpərlənmiş yerə (вы городка) qoyurlar.
Tunelin hündürlüyü 1,8-2,0m, podşipniklər və uzununa arakəsmə arasındakı keçidin eni 0,5m-dən az olmamalıdır. Bu ölçülər – insanların bu keçiddən azad keçməsini, aralıq valların montaj edilməsi və yerlərini dəyişdirilməsini təmin edir.
Tunelin korma hissəsində axterpik arakəsməsinin yanında axırıncı valı və deydvud salniki montaj etmək üçün çəpərlənmiş yerli retsesi ilə genişləndirirlər. Burada ehtiyyat avarlı val saxlanılır və tuneldən suburaxmayan şaxtadan keçməklə yuxarı göyərtəyə çıxmaq üçün çıxış yolu olur. Bəzən retses möhkəm podşipnikin yerləşdiyi yerdə maşın arakəsməsinin yanında da düzəldilir. Maşın şöbəsindən tunelə gedən yolun girişi suburaxmayan klinketli qapı ilə bağlanır. Onu yuxarı göyərtədən bağlamaq üçün qəzalı ötürücüsü olur. Tunelin örtüsü suburaxmayan düzəldilir və bağlı dayaqlardan ibarət olan yığım ilə bərkidilir.
Şəkil 30. Avar valının tuneli: a) uzununa kəsik; b) eninə kəsik; v) BB-yə görə kəsik (görünüş yuxarıdan); 1) maşın şöbəsi; 2) tunel; 3) dayaqlı podşipniklər; 4) dayaqlı podşipniklərin fundamentləri; 5) avarlı val; 6) axterpik arakəsməsi; 7) ehtiyat çıxışın şaxtası; 8) korma retsesi; 9) MQŞ-də retses; 10) ikinci dibin döşəməsi; 11) axterpik İki vintli gəmilərdə iki tunel olur, kormadakı retseslər isə bir-birinə birləşdirilib bir dənə ümumi düzəldilir.
Suburaxmayan qapılar.Suburaxmayan arakəsmələrin heç bir dəliyi olmamalıdır, lakin bəzən onlarda suburaxmayan qapılar düzəltmək lazım gəlir. Gəmilərdə iki cür suburaxmayan qapılar olur: dövrəli və klinketli.
Açıq göyərtəyə çıxan xarici qapılar – metaldan, asılma, kənarları rezinlə sıxılmış paz şəkilli kip bağlanan olurlar. Əltutanları qapının hər iki tərəfində olur.
Vaterliyadan aşağı suburaxmayan arakəsmələrdə klinketli suburaxmayan qapılar qoyulur. Əgər oradan böyük təzyiqlə su gələrsə qapıları yavaşca bağlamaq olar. Bu qapıları yuxarı göyərtədən bağlamağa imkan verən əlavə ötürücü olur.
Sərnişin gəmilərində klinketli qapıları, bağlanmasına imkan dairəsində hərəkət körpüsündən (с ходового мостика) avtomatik surətdə icra edirlər. Bunun üçün onlar elektrik və hidravlik ötürücülərdə təchiz olunurlar.
Adamların aşağıdakı yerlərə düşüb-çıxmasını təmin edən yuxarı göyərtədə olan açıq yer münasib lyuk ilə mühafiz olunur və bağlanılır.
Gəmi pəncərələrini bortlarda və xarici arkəsmələrdə möhkəm bağlamaq üçün ilyuminatorlar qoyulur. Onların girdə və yaxud düzbucaqlı formada massiv metal ramkası olur və bunlara qalın şüşə salırlar.