Ştevnlər – gəminin burun və kormasının qurtaracaqlarında kili davam etdirən möhkəm döyməklənmiş qaynaq olunmuş tirlərdir. Onların adı gəminin burnunda forşteven kormasında isə axterşteven adlanır.
Ştevnlərin vəzifəsi bort strinqerlərini və hər iki bortun örtülərini birlikdə birləşdirməkdir.
Forşteven (şək.31) buza, qrunta, körpüyə və yaxud başqa gəmiyə zərbə olarsa gəminin burun hissəsinin qorunmasını təmin etmək üçün çox möhkəm olmalıdır.
Şəkil 31. Dəniz gəmilərinin burun qırağı tipik şəkilləri: a) köhnə quruluşda nəqliyyat gəmisinin düz burnu; b) mail forşteven;
v) tankerin bulb şəkilli burnu; q) ledokolun burnu; d) buzda üzən gəminin burnu; e) balıq tutan gəminin qaşıqşəkilli burnu
İndiki gəmilərin forştevenini döyməli, tökülmüş, çox vaxtı isə qaynaq olunmuş metaldan hazırlayırlar. Beləliklə onun hazırlanmasının texnologiyası asanlaşdırılır, və ağırlığı azalır. Bəzən forştevenin aşağı hissəsini tökmə üsulu ilə hazırlayırlar, yuxarısını isə qaynaq edirlər.
Əgər kil uzunsov olsa o zaman forştevenin aşağı ucu kil ilə qaynaqlı calaq ilə birləşdirilir, üfüqü kil ilə birləşdirmək üçün forştevenə aşağı hissədə çanaq forması verilir.
Forşteven göyərtə ilə bort strinqerləri, platformalar və gəmi yığımının başqa detalları ilə qaynaqla birləşdirilir.
Axterşteven (şək.32) çox mürəkkəb formada olur. Onun konstruksiyası sükanın tipindən, vintlərin sayından və kormanın formasından asılıdır. Ən çox geniş istifadə olunan forma kreyser kormasıdır, çünki o sükanı və vinti buzlarda və körpülərə yanaşarkən zədələnmədən daha da yaxşı müdafiə edir.
Buzda üzən gəminin kreyser formalı axterştevenində sükanı və vinti geriyə hərəkət zamanı buzların zərbəsindən müdafiə etmək üçün xüsusi çıxıntı-buzdan-ayırma (льдоотвод) olur
Şəkil 32. Kormanın formasının şəkilləri: a) kreyserbuzqıran gəmisi; b) kreyser; v) köhnə quruluşda gəminin elliptik şəkli
Adi sükanı olan birvintli gəminin axterşteveni (şək.33) ramkadan ibarətdir. Onun qabaq hissəsində starnpost adlanan yerdən starnpostun almasından (яблоко старенпоста) avarlı val keçir. Onun arxa hisssəsində ruderpost adlanan yerdə sükanı çevirmək üçün dairələr olur. Vintin fırlandığı yerdə axterşneveni daxili hissəsi ambrazura adlanır.
İkivintli gəminin axterşteveninin konstruksiyası sadədir, orada starnpost yoxdur. Axterşteven qaynağın vasitəsilə üfüqü kil, florlar və korpusun yığımının başqa tirləri ilə etibarlı birləşdirilir. Qaynaqlı axterştevenlər geniş istifadə olunur, çünki onlar şəkilərinə görə yüngül və çox sadə istehsal olunurlar. Onların konstruksiyası braketkalarla bərkidilmiş möhkəm örtüklərdən ibarətdir.
Şəkil 33. Birvintli gəminin axterşteveni; a) ilmək; b) dayaq;
v) 1-ruderpost; 2- starnpost;
3- starnpostun alması; 4-dayaq;
5- sükan ilməkləri
Deydvud borusu, mortirlər və avarlı valların kronşteynləri. Bir vintli gəmidə avarlı valın deydvuddan keçdiyi yerdə deydvud borusu qoyulur. O möhkəm boru olub bir ucu ilə starnpostun almasına, o biri ucu ilə axterpik arakəsməsinə bərkidilir. Oradan xaricə avarlı val çıxır.
Deydvud borusunun korma hissəsində sürtünməni azaltmaq üçün deydvud podşipniki düzəldilir, axterpik arakəsməsində isə gəminin daxilinə suyun tökülməsini qarşısını almaq üçün salnik qoyulur.
İkivintli gəmilərdə avarlı vallar korpusdan örtüyə iti bucaq altında çıxırlar. Bu yerlərdə möhkəmlik və buraxmamazlığı təmin etmək üçün mortira (şək.34) qoyulur.
Mortira möhkəm borudur. Onu korpusun örtüyünə bərkitmək üçün flans və daxilində isə salnik olur. Avarlı vinti mortiranın yaxınlığında yerləşdirmək olmaz, korpus mane olur, ona görə də korpusdan xaricdə olan avarlı valın xeyli uzunluğu olur. Qıraqdakı valları saxlamaq üçün xüsusi dayaqlar düzəldilir - avarlı valların kronşteynləri. Onlar bir pəncəli, iki pəncəli, tökməkli qaynaqlı olur və florlarla, arakəsmələrlə, strinqerlərlə gəminin korpusuna möhkəm birləşdirilir.
Dostları ilə paylaş: |